Vergi siyasətinin səmərəliliyi artırılır (Yenilənib)
Tarix: 05.06.2015 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Dünən Vergilər Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Şamaxıda yerləşən Tədris Mərkəzində “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Nazirliyin Analitik- informasiya şöbəsindən verilən məlumata görə, konfransda iqtisadçı alimlər, Vergilər Nazirliyinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, ali təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni təmirdən çıxmış inzibati binası ilə tanış olublar. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov konfransı açaraq tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Bildirilib ki, hazırda Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi və yetkin bazar iqtisadiyyatının qurulması istiqamətində sistemli işlər aparılır və Azərbaycanın hazırkı sosial-iqtisadi inkişaf səviyyəsi ona inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyması üçün böyük imkanlar yaradır. 2012-ci ildə Prezidentin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanmış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən əsas proqramdır. Konsepsiyada qeyd olunan hədəflərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında tənzimləmə məsələlərində daha aktiv vergi siyasətinə keçidin təmin edilməsi, vergi dərəcələrinin optimallaşdırılması kimi vəzifələr qoyulub. Bu hədəflər vergi siyasətinin səmərəliliyinin artırılması üçün elmi araşdırmaların aparılmasına, əsaslandırılmış nəzəri və tətbiqi xarakterli ideyalara böyük zərurət yaradır. Məruzələrdən sonra konfrans öz işini sessiyalarda davam etdirib. “İqtisadi inkişaf və vergi siyasəti” adı altında keçirilən birinci sessiyasında vergi siyasəti və iqtisadi stimullaşdırma, iqtisadiyyatın modernləşdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv vergi siyasəti və vergi mexanizmləri, vergitutmada könüllülük prinsipi və partnyorluq istiqamətləri üzrə müzakirələr aparılıb, təqdimatlar dinlənilib. “Sosial inkişaf və vergitutma adlı ikinci sessiyada müzakirə olunan əsas mövzular isə sosial-iqtisadi bərabərsizliklərin tənzimlənməsində vergi siyasətinin rolu, sosial-əmək münasibətlərinin tənzimlənməsində vergi nəzarəti, korporativ sosial məsuliyyət və vergi öhdəlikləri, vergi mədəniyyəti, vergi vərdişlərinin formalaşmasında təhsilin rolu və s. ilə bağlı olub. Tədbir çərçivəsində Vergilər Nazirliyi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
İstirahət günlərində hava necə olacaq?
22.11.2019
Prezident göstəriş verdi - “20 Yanvar”dakı tıxac problemi HƏLL OLUNUR
22.11.2019
Masallıda Azərbaycan Ədliyyəsinin 101 illiyi qeyd olunub
22.11.2019
ASCO-da “Təhlükəsizlik Günü“ keçirilib
22.11.2019
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info