Avropa Oyunlarının təhlükəsizlik qaydaları açıqlanıb
Tarix: 05.06.2015 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Dünən Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təhlükəsizlik qaydaları ictimaiyyətə açıqlanıb.
Oyunların açılış mərasimi zamanı tamaşaçıların arenaya xüsusi “ekspres” avtobuslarla gətiriləcəyini bildirən Bakı Olimpiya Stadionunun qərargahının rəhbəri, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov vətəndaşların biletlərlə yanaşı, şəxsiyyət vəsiqələrini də təqdim etmələrinin vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, tamaşaçılar stadionun qarşısında quraşdırılan xüsusi köşklərə yaxınlaşaraq orada yaradılan zonanın sol hissəsinə şəxsiyyət vəsiqəsini, sağ tərəfinə isə bileti yerləşdirməlidirlər. Qapı açıldıqdan sonra tamaşaçılar digər sahəyə keçəcək və orada yoxlanacaqlar.
Bu proses aeroportda olduğu kimi həyata keçiriləcək. Tamaşaçılar stadiona daxil olduqdan sonra könüllülər onlara oturacaqlarını tapmaqda kömək edəcəklər. Açılış mərasimi zamanı qadağan edilən əşyaların çox olduğunu bildirən Səhləb Bağırov biletlərin arxasında həmin siyahının göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, şəxsiyyət vəsiqəsi və biletlə yanaşı, kiçik ölçülü dəsmal, bayraqlar stadiona buraxılacaq. Ümumiyyətlə, həcmi 30 santimetrdən böyük çantalar qadağan olunmuş əşyalar sırasına daxildir. Elə çantalar götürmək lazımdır ki, oturacağın altına yerləşdirilə bilsin. Həmçinin 100 milliqramdan artıq parfümeriya ləvazimatı, sprey, kəsici və deşici alətlər, silah qismində istifadə oluna biləcək hər hansı əşya, bir neçə çeşiddə dərman və digər əşyalar stadiona buraxılmayacaq. Tamaşaçılar yalnız 2-3 çeşiddə dərman preparatını stadiona keçirə bilərlər. Stadionun daxilində tamaşaçılar üçün su satılacağını bildirən Səhləb Bağırov, ümumiyyətlə, mötəbər tədbirlərə şüşə qabların buraxılmadığını dıqqətə çatdırıb. Səhləb Bağırov deyib: “Açılış mərasimi günündə qapılar saat 17:00-da açılacaq. Saat 16:30-dan başlayaraq müəyyən olunmuş məntəqələrdən “ekspres” avtobuslar vətəndaşları stadiona gətirəcək. Tamaşaçılardan stadiona tez gəlmələri xahiş olunur. Çünki stadionun daxilində görməli yerlər çoxdur. On altı yaşı tamam olmayan uşaqlar valideynləri olmadan nə avtobusa, nə də Bakı Olimpiya Stadionuna buraxılmayacaqlar”. İyunun 6-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq sınaq tədbirində 35 min tamaşaçının iştirak edəcəyini bildirən polis general-mayoru təhlükəsizlik tədbirlərinə bütün xidmətlərdən əməkdaşların cəlb olunduğunu və onların qarşılıqlı əlaqədə işlədiyini diqqətə çatdırıb. Sonra keçid qaydaları əyani şəkildə nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info