Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi
Tarix: 06.06.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının qədim “Atəşgah” məbədində alovlandırılan məşəli şimal regionuna səfərini başa vurub. Dünən Siyəzən sakinləri Oyunların məşəlini böyük təntənə ilə qarşılayıblar. Rayon ictimaiyyəti şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında məşəlin qəbul olunmasını böyük coşqu ilə izləyib. Məşəli cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova qəbul edib.
Bundan sonra 11 məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2 min 700 metr məsafəni qət etməklə şəhərin mərkəzinə gəliblər. Mərkəzi kitabxananın qarşısında quraşdırılan səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən siyəzənlilər bu tarixi hadisəni alqışlarla qeyd ediblər. Sonra qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya təhvil verib. Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin “Atəşgah” məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər. Bununla da Siyəzən birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 58-ci yaşayış məntəqəsi olub. Siyəzəndə məşəli qəbul edən cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova sevincini bölüşüb: “Çox həyəcanlıyam. Mənə tapşırılan işin nə qədər şərəfli və məsuliyyətli olduğunu bilirdim. Qarşılanma mərasimində insanların üzündəki sevinc və iftixar hissini görmək mənə güc verdi. Məşəli böyük fərəhlə qəbul etdim və daşıdım. Doğma rayonumuzda 11 məşəlçidən biri olduğum üçün qürur duyuram. Bütün idmançılarımıza uğurlar arzulayıram. Xüsusilə cüdo idman növündə yarışan dostlarıma”. Siyəzən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov birinci Avropa Oyunlarının Azərbaycan tarixinin ən qürurverici hadisələrindən biri olduğunu deyib: “Ölkəmizi təmsil edən idmançılar bu mötəbər turnirdə böyük heyətlə çıxış edəcəklər. Bu, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bizə verdiyi əlavə imkandır. İdmançılarımızın çox olması qazanacağımız medalların sayına da təsir edəcək. Əminəm ki, qızıl medalların sayına görə öndə gedən ölkələrdən biri olacağıq. Bu gün siyəzənlilər də birinci Avropa Oyunlarından pay aldı. Oyunların məşəli doğma şəhərimizdə alovlandırıldı. Bu möhtəşəm anlar siyəzənlilərin yaddaşında uzun müddət qalacaq”. Sonra birinci Avropa Oyunlarının məşəli Xırdalan şəhərinə yola salınıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
İranın Yəzd şəhərində etiraz aksiyasında 40 nəfər saxlanılıb
17.11.2019
Venesiya yenidən su altında qala bilər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info