I Avropa Oyunları yaxınlaşdıqca...
Tarix: 06.06.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Bu gün "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standarları" mövzusunda dəyirmi masa keçirib.
Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovbildirib ki, Avropa Oyunlarının başlanmasına 1 həftədən də az vaxt qalıb: "Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar və turistlər bu Oyunların yüksək səviyyədə təşkil olunmasının şahidi olacaq".
R.Qonaqov bildirib ki, təəssüflər olsun ki, bu Oyunlar yaxınlaşdıqca Azərbaycana dost olamayan qüvvələrən narahatlığı artır və ölkəmizə qarayaxma kampaniyası güclənir: "Bəzi qüvvələr sülhə, insanların birliyinə yönəlmiş tədbirləri, sabitliyi dəstəkləmək istəmirlər".
R.Qonaqov Avropa Şurasının insan haqları Komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin "Opendemocracy" internet portalında dərc edilmiş məqaləsini şərh edərək bildirib ki, bunlar vahid mərkəzdən idarə olunan qüvvələrdir və onlar bütün səylərinin boşa çıxmasını görərək antiazərbaycan fəaliyyətlərini daha da artırılar.
R.Qonaqov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti də bu qara qüvvələrə qarşı birlik nümayiş etdirməli və onların cəhdlərinin qarşısını almalıdır.
Daha sonra çıxış edən Koalisiyanın koordinatoru Aydın Quliyev isə bildirib ki, görünən budur ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqca, Azərbaycana qarşı qarayaxma kampaniyası, nüfuzdan salmaq üçün materialllar güclənir:
"Onlar düşünürdülər ki, Azərbaycan bu Oyunlara vaxtında hazırlaşa bilməyəcək, ancaq görəndə ki, Azərbaycan yüksək səviyyədə hazırlaşır və hər şey tam vaxtında yerinə yetirilir, onlar qarayaxma kampaniyasını gücləndirməyə başladılar".
A.Quliyev bildirib ki, Azərbaycan dövləti nə qədər çalşsda da ki, bu Oyunların siyasiləşdirilməsinin qarşısını alsın, ancaq bəzi qüvvələr bunu siyasiləşdirməkdən əl çəkmirlər:
"Əgər bu idman tədbiridirsə, bunu bu qədər siyasiləşdirməyin nə mənası var? Bu, Azərbaycanın daxili işinə qarşmaqdır və hətta insanları hakimiyyətə qarşı qızışdırmaqdır. Onlar guya bəyan edirlər ki, hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə məruz qalıb. Sizcə hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə məruz qalıb? Bundan görünür ki, Avropa Oyunları yaxınlaşdıqca, bunların narahatlığı artır. Ancaq bunlar artıq mənasızdır, çünki Azərbaycan artıq Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb".
Daha sonra çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni isə bildirib ki, illərdir ki, Azərbaycan ikili standartlarla məruz qalır:
"Avropa Oyunlarına bir həftə qalmış bu ikili standarlarını daha da gücləndirblər. Bu ikili standartların iki səbəbi var. Biri odur ki, həmişə bəzi dövlətlər və təşkilatlar böyük tədbirlər ərəfəsində Azərbaycana təzyiq edib daha şox şey, Azərbaycanın təbii sərvətlərindən yaralanmaq istəyirlər. İkincisi isə Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır. Azərbaycanın müstəqil siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan dönməyəcəyini bəyan etməsi bu təşkilatların Azərbaycana qarşı hücumlarını daha da artırır".
R.Zeyni bildirib ki, bu qüvvələrin səyləri hər dəfə boşa çıxır və Azərbaycan heç vaxt müstəqil siyasətindən geri çəkilməyəcək.
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxış edərək bildirib ki, Azərbaycanın dünya birliyində nüfuzunun artması dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb olur:
"Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya qoyur. Bu təkcə bugünün problemi deyil. Azərbaycana qarşı bir sıra dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlardır digər məsələlərdə də davam edir. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində də Azərbaycana qarşı obyektiv münasibət bəsləməkdə acizdirlər və bunu bilərəkdən edirlər".
V.Rəhimzadə bildirib ki, təbbi ki, bütün bu cəhtlər əbəsdir, Azərbaycan müstəqil siyasət yürüdür və inkişaf edir:
"Bu baxımdan hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasına qarşı öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Avropa ölkələrinin bir çoxunda olmayan demokratiya Azərbaycanda var. Həmin ölkələr öz daxillərindəki anormallıqları görmürlər, ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından istifadə edirlər. Bunlar qətiyyələ pislənməlidir və Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün sistemli şəkildə aidiyyarı təşkilatlara biz öz etirazlarımızı bildirməliyik".
Politoloq Elman Nəsirov ilkin mərhələdə təzyiqlərin Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın hazırlaşa bilməyəcəyi yönündə olduğunu qeyd edib: "Ancaq görəndə ki, Azərbaycan Avropa Oyunlarını keçirməyə hazırdır, təzyiq istiqamətini dəyişdilər. BMT, ATƏT və Avropa Şurası nümayəndəsinin hazırladığı birgə məqalədə də Azərbaycanın siyasəti hədəf seçilib. Bu təzyiqlər Avropa Oyunlarından sonra da təzyiqlər olacaq. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycana qarşı qətnamə layihəsinin qəbulu gündəmə gələcək, həmməruzəçilər bununla bağıl qətnamə layihəsi hazırlayıblar. Digər tərəfdən, Avropa Oyunları zamanı Azərbaycana gələn jurnalistlərin Azərbaycana qarşı müəyyən məlumatlar toplayaraq müvafiq dairələrə göndərilməsini də proqnozlaşdırmaq mümkündür. Bu təzyiqlərin kökündə bir çox amil dayanır. Azərbaycan prezidenti İlham Əliyev müstəqil siyasət yürütdüyü üçün belə təzyiqlərlə üzləşmişik. Azərbaycanda müəyyən müxalif qüvvələr də Avropa Oyunlarını boykota çağırırlar. Azərbaycan İrana qarşı aksiyada iştirak etmir, Dağlıq Qarabağla bağlı güzəştə getmir, anti-Azərbayan addımları atmır. Müxalifət əslində buna sevinməlidir".




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Prezident BƏƏ İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12.11.2019
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək
12.11.2019
Temperatur 5-8 dərəcə enəcək
12.11.2019
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12.11.2019
Suraxanıya yeni icra başçısı təyin edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10941

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info