NAZ 300-ə yaxın maşını “Bakı 2015”ə təhvil verib
Tarix: 08.06.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Naxçıvan Avtomobil Zavodu “Bakı 2015” ilk Avropa Oyunlarının Rəsmi Dəstəkçisi sazişinin şərtlərinə yüksək səviyyədə əməl edir. Bunun üçün lazım olan bütün işlər görülüb. Bu barədə açıqlamanı müəssisənin direktoru Musa Abdullayev verib.
Onun sözlərinə görə, rəsmi tərəfdaşlıq çərçivəsində artıq Bakıya 280 ədəd NAZ Lifan markalı avtomobillər gətirilib: "Müəssisəmizdə yığılan 80 ədəd NAZ Lifan X60 krossoveri və 200 ədəd NAZ Lifan 720 markalı avtomobil istifadə üçün “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinə təhvil verilib. Öz komfortu və rahatlığı ilə seçilən avtomobillərimizdən hər bir istifadəçinin razı qalacağına ümidvarıq. İdman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələri ilə təminat məqsədi ilə fasiləsiz serviz xidmətini də təşkil etmişik. Belə ki, günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü bizim qaynar xəttə müraciət edə bilər. Dərhal həmin ünvana yollanacaq çinli və yerli mütəxəssislərdən ibarət peşəkar mobil briqada problemi yerindəcə həll etmək gücünə malikdir" - deyə Musa Abdullayev əlavə edib.
Naxçıvan Avtomobil Zavodunun direktoru onu da bildirib ki, bu günədək avtomobillərdə elə də ciddi bir problem yaşanmayıb: "Biz “Bakı 2015” Avropa Oyunları ailəsinin bir üzvü olduğumuza və ölkəmizin tarixindəki ən iri idman yarışına dəstək verə biləcəyimizə görə fəxr edirik. Çalışacağıq ki, ilk Avropa Oyunları müddətində bizim bütün avtomobillərin istifadəçilərinə yüksək səviyyəli xidmət göstərək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14.11.2019
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb
14.11.2019
“Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi: VİDEO
14.11.2019
“Azeri Light”ın bir barreli 67,43 dollara satılır
14.11.2019
Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info