Türkiyədə seçkilərin nəticələri- koalisiya hökuməti qurulur?
Tarix: 08.06.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələri bəlli olub. Bülletenlərin 100 faizinin sayılmasından sonra 10 faizlik minimum baryeri keçən 4 iri partiyanın səsləri aşağıdakı şəkildə bölünüb: Ədalət və İnkişaf Partiyası (AKP) – 40,85%
Cümhuriyyət Xalq Partiyası (CHP) – 24,96%
Milliyyətçi Hərəkat Partiyası (MHP) – 16,30%
Xalqların Demokratiya Partiyası (HDP) – 13,10%.

Bu nəticələrə əsasən hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb. Kürd partiyası HDP 10 faizlik baryeri aşaraq 80 kreslo qazanmaqla tarixi uğur əldə edib.
Hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Ölkədə koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxıb.
Konstitusiyaya əsasən prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə - hazırkı baş nazir Əhməd Davudoğluna verəcək. Ə. Davudoğlu növbə ilə CHP, MHP və HDP liderləri ilə görüşlər keçirəcək. Lakin MHP və HDP AKP ilə koalisiyaya getməyəcəklərini açıq şəkildə bəyan ediblər. CHP konkret mövqe bildirməsə də, səsvermənin nəticələri bəlli olduqdan sonra AKP-yə qarşı sərt ittihamlarını davam etdirib.
Konstitusiyaya görə, 45 gün ərzində yeni hökumət qurulmazsa, yenidən seçki keçirilməlidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Fransanın 8 senatoru verdikləri səsi geri götürdü
26.11.2020
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
25.11.2020
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
25.11.2020
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
24.11.2020
“Azərbaycanın taktikası ABŞ-ı qorxutdu”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info