“Nezavisimaya Qazeta”: “Məşəl ölkənin 60 rayonunu gəzib”
Tarix: 08.06.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


“Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına 50 Avropa ölkəsindən 6000-dən çox atlet gələcək”. Bu barədə “Nezavisimaya Qazeta”nın saytında gedən məlumatda bildirilir.
Məqalədə deyilir ki, bu oyunlar Azərbaycan üçün gələn qonaqlara bir daha ölkədə əhalinin necə tolerant, qonaqpərvər və zəngin mədəniyyətə malik olduğunu göstərmək üçün böyük imkanlar açır: “Azərbaycan azərbaycanlıların daha çox yaşadığı ölkədir, lakin bu ölkə təkmillətli deyil. Burada ləzgilər, avarlar, talışlar, tatarlar və digər xalqlar yaşayır. Lakin ən böyük icma ruslara məxsusdur. Azərbaycanda təxminən 120 min rus var. Hazırda Azərbaycanda 16 rus və 356 qarışıq dilli məktəb var. Bütün universitetlərdə isə rusdilli fakültələr fəaliyyət göstərir. Bu fakültələrdə 16 min tələbə təhsil alır. İudaizmə etiqad edən əhalinin sayı isə 16 mindir və dağ yəhudilərinin yaşadığı ən böyük yaşayış məntəqəsi Qırmızı qəsəbədir. Bu qəsəbə “Forbes” jurnalına düşən bir sıra Rusiya milyarderlərinin vətənidir”.
Məqalədə zərdüştlükdən də danışılıb və onun izi kimi “Atəşgah” məbədi göstərilir: “Azərbaycan tarixlə bağlarını qırmır. Məhz Atəşgahda Avropa Oyunlarının məşəli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alovlandırılıb. Bu məşəl ölkənin 60 rayonunu gəzib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - VİDEO
30.11.2020
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub
30.11.2020
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
30.11.2020
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
30.11.2020
Azərbaycanda evdən çıxmaq qadağan olunacaq, iş yerləri bağlanacaq, əgər...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info