Türkiyədəki qeyri-hökumət təşkilatlarindan Azərbaycana dəstək
Tarix: 08.06.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Türkiyədə fəaliyyət göstərən dərnək və vəqflər ilk dəfə Azərbaycanın paytaxtı Bakıda 12-28 iyun tarixlərində keçiriləcək olan I Avropa Oyunlarında Azərbaycana dəstək üçün bir araya gəldilər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Türkiyə Təmsilçiliyi tərəfindən təşkil edilən dəyirmi masada İstanbulda olan qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. TUMİB Türkiyə təmsilçisi Lalə Həsənoğlu tədbirdə etdiyi çıxışında ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycandakı sabit iqtisadi inkişafın, dünyadakı sülhə və tolerantlığa verdiyi dəstəyin göstəricisi olduğunu bildirib: “Bu oyunların iqtisadi və siyasi mənada da Azərbaycan üçün təmin edəcəyi gəlirlərin uzun zaman yüksək olacaq”.
Lalə Həsənoğluya görə, Azərbaycan artıq bu cür böyük tədbirlərlə özünü dünyaya sübut etmiş bir ölkədir. Buna görə də oyunların başlamasına bir neçə gün qalmış dünyanın əhəmiyyətli media təşkilatları paytaxt Bakıdan xüsusi reportajlar hazırlayırlar.
TUMİB təmsilçisi Lalə Həsənoğlu deyib: “Azərbaycan ev sahibi olaraq eyni zamanda türk dünyasını təmsil edir. Belə bir təşkilata ev sahibliyi etmək üçün Azərbaycan xalqına xidmət edən və tədbirin qüsursuz keçməsi üçün böyük əmək sərf edən Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da təşəkkür edirəm”.
Azərbaycana dəstək üçün dəyirmi masaya qatılan Türk Xalqları Konqresinin sədri və Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyinin (BULTÜRK) sədri Rafet Ulutürk isə deyib: “Bolqarıstan türkləri olaraq, qitədəki bütün müsəlman dövlət və azlıqların heç bir ayrı-seçkilik etmədən, müqəddəs qarşılaşma olan idman oyunlarında bir araya gəlməsini dəstəkləyirik və Azərbaycanda keçiriləcək bu yarışlarda Azərbaycan xalqına uğurlar diləyirik”. O, belə bir tədbirin qardaş Azərbaycanda keçirilməsindən olduqca məmnun olduqlarını və türk dünyasından Azərbaycana dəstək verən QHT-lər arasında yer almağın qürur olduğunu qeyd edib.
Dəyirmi masaya qatılanlar arasında TUMİB Türkiyə təmsilçisi Lalə Həsənoğludan başqa Azərbaycan Respublikasının İstanbul Konsulu Esmira Hüseynova, Azərbaycan Jurnalist Qadınlar Birliyinin sədri Sevil Yusifova, BULTÜRK sədri Rafet Ulutürk, Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) Təhsil və Mədəniyyət üzrə müdiri Metn Köse, TDAV İdarə heyətinin üzvü Dos.Dr. Kutluğ Kağan Sümer, URAL Strateji Araşdırmalar Vəqfi İdarə heyətinin üzvü Pervin Maşaoğlu, Allı Durna Dərnəyi İdarə heyətinin üzvü Meltem Önder, Sofiya Jurnalistlər Cəmiyyətinin sədri Hikmet Efendi, Fatih İcra Hakimiyyətinin İctimai Təşkilatlar Dərnəyinin sədri Aydın Fidan, Kocaeli Şairlər və Yazarlar Birliyinin sədrəvəzi Kenan Aydın və TUMİB üzvləri belə bir tədbirə ev sahibliyi edəcəyi üçün Azərbaycana uğurlar diləyərək, Bakıdan dünyaya sülh və tolerantlıq mesajlarının yayılacağını qeyd ediblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info