Almaniyada Azərbaycana həsr olunan konfrans keçirilib
Tarix: 08.06.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Almaniyanın Viadrina Universitetində Azərbaycanın müasir inkişafı haqqında konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Almaniyanın Frankfurt-am-Oder şəhərində yerləşən Viadrina Universitetində keçirilən tədbirə ölkəmizin Almaniyadakı səfirliyin nümayəndələri, universitetin professor heyəti və tələbələr qatılıb.
Toplantının ilk hissəsində iştirakçılar ölkəmiz haqqında Almaniyada mövcud olan stereotiplər haqqında fikirlərini bölüşüblər. Müzakirələr zamanı məlum olub ki, Viadrina Universitetində keçmiş MDB ölkələrinə dair davamlı tədqiqatların aparılmasına baxmayaraq tələbələr ölkəmiz barədə məhdud informasiyaya malikdir. Professor Knefelkamp cari ilin payızında Viadrina Universitetində Azərbaycanla bağlı xüsusi tədbirin təşkil olunmasını təklif edib.
Tədbirin ikinci yarısında Azərbaycanın Almaniyadakı səfirliyin müşaviri Rizvan Nəbiyev çıxış edərək ölkəmizin siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlardan bəhs edib. Rizvan Nəbiyev həmçinin Almaniya-Azərbaycan münasibətlərinin inkişafına toxunaraq iki ölkənin bir çox sahələrdə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Konfransda çıxış edən Humboldt Universitetinin professoru xanım Eva-Maria Aux almanların Azərbaycanda məskunlaşma tarixi, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə aid olan insanların yüzillər boyu sülh şəraitində yaşaması haqqında danışıb.
“Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun rəhbəri Matias Dornfeldt tədbir iştirakçılarının diqqətini ölkəmizdə səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara çəkərək, ASAN xidmət mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib.
Təşkilatın sədri ASAN Xidmət mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Müsavatın iç üzü Avropa gündəmində
17.11.2019
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17.11.2019
Azərbaycan və Litva münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir
16.11.2019
Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
16.11.2019
Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info