“Azərbaycanın dünyaya göstərə biləcəyi çox uğurları var”
Tarix: 08.06.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunları Azərbaycan tarixində böyük bir hadisə olacaq. Bunu “Trend”ə Rumıniyanın Baş Katibliyinin Etniklərarası Əlaqələr Departamentinin Dövlət Katibi Eniko Laziko deyib.
E.Laziko bildirib ki, bu Oyunlar Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə imkan yaradacaq: “Azərbaycanın artıq dünyada çox yaxşı nüfuzu var. Lakin hesab edirəm ki, Avropa Oyunları ölkənin nüfuzunun daha da artması üçün bir təkan olacaq”.
E.Laziko Azərbaycanın yaxşı təşkilatçılıq təcrübəsinin olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Bütün bunlar təbii ki, ölkənin inkişafına müsbət təsir göstərir. Mən özüm də Azərbaycanın inkişafına heyran qalıram. Hesab edirəm ki, Azərbaycanın dünyaya göstərə biləcəyi çox uğurları var. Bu baxımdan bu Oyunların ölkə üçün çox böyük əhəmiyyəti var”.
E.Laziko əlavə edib ki, idman daim millətlər arasında dialoqun inkişafına da şərait yaradır: “Bu baxımdan Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə dünyada dialoqun inkişafına da öz töhfəsini vermiş olur”.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info