Olimpiya və dünya çempionları « Bakı 2015 » üçün sıraya düzülürlər
Tarix: 08.06.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Sıralarında əlli doqquz Olimpiya qızıl medalının qalibi olan yüz əlli olimpiya medalçısı « Bakı 2015 » Avropa Oyunlarında iştirak edəcək. Onların iştirakı bir daha sübut edir ki, bu idmançıların öz idman növlərində tarixdə ilk keçirilən Avropa oyunlarının çempion olmaq istəyi bu yarışlarda mübarizənin güclü olacağını bir daha təsdiq edir.
Olimpiya medalçıları kimi, iyun ayının 12-dən - 28-dək keçiriləcək « Bakı 2015 » yarışlarında iştirak edən 6000 idmançıdan təxminən 200-ü dünya çempionu olduğundan, onlar qızıl medal uğrunda Bakıda keçiriləcək yarışları kifayət qədər rəqabətli edirlər.
« Bakı 2015 »də keçiriləcək 20 idman növündən 12-də idmançılar üçün əlavə stimul olacaq. Belə ki, bu növlər üzrə yarışlarda idmançılar üçün « Rio 2016 » Olimpiya Oyunlarına təsnifat imkanları təmin olunacaq, üç idman növü, stolüstü tennis, triatlon və atıcılıq üzrə qızıl medalçılar isə növbəti yayda keçiriləcək Olimpiya Oyunlarına birbaşa vəsiqələr veriləcəkdir.
“Bakı 2015” idman proqramı həmçinin, karate, çimərlik futbolu, sambo və basketbol 3x3 kimi perspektivli idman növləri üçün də yer ayırır. Çimərlik futbolunda dünyanın ən yaxşı beş komandasından dördü, o cümlədən dünya çempionu, Rusiya komandası Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparacaq; 3x3 basketbolda isə gümüş mükafatçısı Serbiya qızıl medal qazanmağa namizəd favoritlər arasındadır.

Qeyri-Olimpiya idman növlərinə yer ayrılması, Avropa Oyunları ilə əlaqədar Avropa Olimpiya Komitəsinin mərkəzi baxışına uyğun olaraq dünya idmanı üçün yeni bir innovasiya elementidir – bu Olimpiya Oyunlarından və Asiya Oyunları yaxud Panamerika Oyunları kimi digər multi-idman qitə oyunlarından fərqlənir.
“Bakı 2015”in Baş Əməliyyat İşçisi Simon Kleq deyib: “Bakı 2015”də belə yüksək dərəcəli idmançıların iştirakı bizim Avropa idman təqvimində bu yeni yarışın əhəmiyyətini əks etdirir. İdmançılar, MOK-lar, Avropa və beynəlxalq idman federasiyaları “Bakı 2015”ə uğur qazanmaq və Avropa bazarında görünmək və “Rio 2016”ya adlamaq üçün böyük imkan kimi yanaşırlar.”
“Bakı 2015” idmançılara onların öz idman növləri üzrə yarışaraq tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının çempionu olmaqla öz adlarını tarixə yazmağa imkan yaradır.
“London 2012” Olimpiadasının taekvando üzrə qızıl medalçısı və “Bakı 2015”də atletlərin səfiri, xanım Ceid Jounz bu fikirlərə əlavə olaraq bildirib: “Bakı 2015” bu il mənim yarış təqvimimdə doğurdan da çox mühüm yer tutur. Bakı yarışları ilə mən “Rio 2016”ya hazırlaşacağam, və Rioda isə mən böyük səylə
öz Olimpiya titulumu qoruyacağam. Ona görə də Bakıda Avropanın ən güclüləri ilə görüşmək böyük bir sınaqdır, burada mən və mənim Avropalı rəqiblərim olacaq.”
Küçə Atletikası da “Bakı 2015”də bir yenilik olacaq, burada bir sıra yüksək profilli idmançılar, o cümlədən, 2013-cü il Moskvada keçirilmiş Dünya Çempionatının qızıl medalçısı, alman şüvüllə tullananı Rafael Holzdeppe, Ukrayna hündürlüyə tullananı Boqdan Bondarenko da iştirak edəcək ki, o da Moskvada dünya çempionu olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
29.07.2015
I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi yüksək idi
22.07.2015
Azərbaycan dünyaya çox əhəmiyyətli idman hadisəsi bəxş etdi
21.07.2015
Pavol Kopp: «Birinci Avropa Oyunları unudulmazdır»
21.07.2015
Beate Şrott: «Bakı mənə “London-2012”ni xadırlatdı»
21.07.2015
Ruslan Savloxov: «Avropaya bu formatda yarışlar lazım idi»

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info