Metro Oyunlar zamanı qonaqlara yüksək səviyyədə xidmət göstərəcək
Tarix: 08.06.2015 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


İyun 12-dən 28-nə kimi keçiriləcək “Bakı-2015” I Avropa Oyunları zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) şəhərimizin qonaqlarına yüksək səviyyədə xidmət göstərəcək.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, I Avropa Oyunlarına hazırlıq xüsusi plan üzrə həyata keçirilir və işlərin böyük əksəriyyəti artıq yekunlaşıb.
N.Paşayev qeyd edib ki, I Avropa Oyunları zamanı metrodan istifadə edəcək turistlərə xidmət etmək üçün könüllülər artıq seçilib. Könüllülərin hər biri sərbəst ingilis dilində danışır və bir neçə əcnəbi dil bilirlər. Onlar “Bakı Metropolitenin” loqosu olan xüsusi geyimlərdə şəhərimizin qonaqlarına metrodan istifadə etməkdə köməklik göstərəcək, həm də metro stansiyalarına yaxın idman obyektləri və Azərbaycanın tarixinə dair məlumatlar verəcəklər.
O həmçinin məlumat verib ki, “Bakı Metropoliteni”nin dəvəti ilə “Transport for London” korporasiyasının mütəxəssisləri polis şöbəsinin əməkdaşları üçün təlimlər keçir. Bu təlimlərin birinci mərhələsi artıq yekunlaşıb, polislər hazırda metro stansiyalarında onlara verilən xüsusi tapşırıqları yerinə yetirirlər, digər Metropoliten əməkdaşları üçün isə təlimlər davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
“Bizim supermarket”də “kərə yağı” adı altında satılan spred yağı aşkarlanıb
13.12.2019
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət zamanı əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13.12.2019
Bakıda mənzillərin qiyməti ucuzlaşıb
12.12.2019
Azərbaycanda bu il 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib
11.12.2019
Bakıdakı bayram yarmarkalarında qiymətlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info