“O yerdə dini icma yarana bilər ki, həmin məscidin hüquqi ünvanı var”
Tarix: 08.06.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə kəndində məscidlərdə qeyri-qanuni fəaliyyət göstərən, QMİ-yə tabe olmaqdan imtina edən dini icmalarla bağlı qaldırdığı məsələ ilə əlaqədar araşdırmaya başlayıb.
Komitə sədri Mübariz Qurbanlı bildirib ki, ümumiyyətlə bu məscidlərdə icma yoxdur.
M. Qurbanlının sözlərinə görə, həmin məscidlər hüquqi baxımdan qeydiyyata alınmadan fəaliyyət göstərir: “Bu gün Azərbaycanda 2050 məscid var. Bunun 1600-ü fəaliyyətdədir, qalanı tarixi abidə kimi qorunur. Fəaliyyət göstərən məscidlərin bir qisminin qeydiyyat məsələsi hələ də həll olunmamış qalır”.

Qeydiyyatsız məscidlərin sayını və adını açıqlamayan Komitə sədri deyib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış vəziyyətdən istifadə edənlər ölkədə bir sıra məscidlər tikib, rəsmiləşdirilməsini həyata keçirməyiblər: “Orada insanlar yığışıb, özlərindən axund və ya imam seçiblər. Həmin məscidlər qeyri-rəsmi fəaliyyət göstərir. O axund və ya imam əmək haqqı da almır. Dövlətin də buna indiyə qədər yumşaq münasibət nümayiş etdirməsinin səbəbi dini inancla bağlıdır. Yəni imkan verilib ki, insanlar yığışıb ibadət edə bilsinlər. Amma bunu rəsmiləşdirmək lazımdır. Bu işlə məşğuluq. Rəsmiləşən məscidlərdə qanuni icmalar yaradılacaq və QMİ tərəfindən ora rəsmi axund, yaxud imam təyin olunacaq”.
M. Qurbanlı bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən, yaxud qeydiyyatdan keçmiş, lakin qanunları pozan icmalar məhkəmə yolu ilə ləğv ediləcək: “Artıq bir neçə icma məhkəmə yolu ilə ləğv olunub, elə icmalar da var ki, özü özünü buraxıb”.
Komitə sədri bu məsələ ilə bağlı proseduru da izah edib: “Məscidlərə dindarların təyinatı QMİ-nin səlahiyyətindədir. QMİ o yerlərə rəsmi din xadimi təyin edir ki, orada rəsmi dini icma var. O yerdə dini icma yarana bilər ki, həmin məscidin hüquqi ünvanı var. Hüquqi ünvan da odur ki, həmin məscid yerli icra hakimiyyətində reyestrə daxil olur və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən də qeydiyyata alınır. Məscid qeydiyyata alınıbsa, orada icma yaratmaq olar”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının 1 və Qobustanın 1 kəndində yerləşən dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edərək bununla bağlı DQİDK sədrinə müraciət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
06.12.2019
Prezident: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
05.12.2019
Prezident: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info