“Bakcell” “Bethclip” və “Xercim.az” mobil tətbiqlərini təqdim edir
Tarix: 08.06.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilən “AppLab” innovativ mobil developer layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılmış mobil tətbiqləri böyük məmnuniyyətlə təqdim edir.
Birinci mobil tətbiq “Bethclip” adlanır (https://bethclip.com). “Bethclip” istənilən kontenti (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir kliklə ani olaraq köçürmək imkanı yaradır.
“Bethclip” mobil tətbiqini android platformalı cihazlar üçün “Google Play Store” daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, “Apple Store”dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.
Gənc məzunlar komandası tərəfindən təqdim olunan daha bir maraqlı ideya “xərcim.az” mobil tətbiqidir. “Xərcim.az” layihəsi hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verilən üstünlüklər, xüsusi və toplu təkliflər, qənaət etmə yolları və tərəfdaşlar haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. “Xərcim.az” mobil tətbiqini “Google Play Store” daxil olaraq https://play.google.com/store/apps/details?id=az.xercim yükləmək olar.
“AppLab” ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqlərini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir.
“Belə bir qısa müddət ərzində Applab layihəsinin ilk bəhrələrini görmək bizim çox xoşdur. Dünya üzrə smartfon bazarının artım templəri ilə bərabər mobil tətbiqlərin istifadəsi də artmaqdadır. Azərbaycan bazarında smartfon istifadəçilərinin artan tələbatlarını təmin etmək üçün Bakcell developerlərə dəstək məqsədini daşıyan Applab layihəsini təqdim edib. Bununla yanaşı, bu yaxınlarda Bakcell şirkəti öz Rouminq və Ulduzum mobil tətbiqlərini də istifadəyə verib və bu tətbiqlər yerli bazarda ən çox istifadə olunan tətbiqlərin ilk 10-luğuna daxildir. Biz inanırıq ki, Bakcell şirkətinin dəstəyi ilə yaradılan “Bethclip” və “xercim.az” tətbiqləri çox uğurlu olacaq və yaxın gələcəkdə biz daha çox Applab layihələrini təqdim edə biləcəyik”, “Bakcell” şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
2014-cü ilin sentyabr ayından indiyə kimi “Applab” layihəsində iştirak etmək üçün 102 ərizəçi qeydiyyatdan keçib. Seçilmiş 56 namizəd arasından təqdim olunmuş 25 ideyadan 15-i “Applab” İdarə heyəti tərəfindən bəyənilib və onlardan 6-sı proqramda iştirak etmək hüququnu qazanıblar.
Layihə çərçivəsində gənc proqramçılar “Bakcell” şirkətinin Sahil ofisində istifadəyə verilmiş “Bakcell/Qualcomm Applab” ofisindən istifadə edərək, pulsuz internet, ofis və təlimlər üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsullarını sınamaq üçün ən müasir mobil telefon və planşetlərdən yararlanırlar.
“Bakcell” və “Qualcomm” şirkətləri tərəfindən təşkil olunmuş ekspertlər komandası gənc proqramçıları lazımi konseptual, dizayn və kommersiyalaşdırma yönümlü vərdiş və biliklərlə təmin edərək, onların yaratdıqları mobil tətbiqlərin yerli və beynəlxalq bazarlarda tanıtdırılmasına kömək edir.
“AppLab” layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: applab@bakcell.com
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14.11.2019
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14.11.2019
Bu gecə Almaniya və Bavariyadan xeyli azərbaycanlı “siyasi mühacir“in deport olunacağı gözlənilir
14.11.2019
Bir qrup şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib
14.11.2019
Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info