Fəridə Əzizova: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük uğurumuzdur”
Tarix: 08.06.2015 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Oyunlarda ölkəmizi təmsil edəcək taekvondoçu:
“Gələn idmançılar və turistlər Azərbaycanın necə inkişaf
etdiyinin və öndə olan ölkələrdən biri olduğunun şahidi olacaqlar”


Azərbaycan Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. O vaxtdan Azərbaycan taekvondoçuları bir çox beynəlxalq turnirlərdə iştirak ediblər. İndiyədək taekvondoçularımız bir çox nailiyyətlər əldə ediblər. İdmançılarımızın bu müddət ərzində əldə etdikləri uğurlar nəinki Azərbaycanda, hətta bütün dünyada heyranlıqla qarşılanır. İdman uğurları ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyası özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə də seçilib. Belə ki, bir çox mötəbər turnirlərə ev sahibliyi etmək Azərbaycana həvalə edilib. Buna bariz nümunə kimi 21-22 fevral 2004-cü il tarixlərində Afina Olimpiya Oyunlarına Avropa lisenziya turnirinin Azərbaycanda keçirilməsini göstərmək olar. Bundan başqa, 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı və 2005-ci ildə Gənclər arasında Avropa Çempionatını da göstərmək olar. İndi demək olar ki, Azərbaycanın bütün bölgələrində yüksəkixtisaslı məşqçi - müəllimlər fəaliyyət göstərir. Olimpiya idman növü olan taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir və hazırda 2000 nəfərdən artıq idmançı bu döyüş-idman növü ilə məşğul olur ki, onların da 700 nəfərdən çoxu qara kəmər sahibidir. I Avropa Oyunlarında da ölkəmizi bu idman növü üzrə bir neçə idmançı təmsil edəcək. Müsahibimiz Avropa çempionu, taekvondo idman növü üzrə dünya üçüncüsü Fəridə Əzizovadır. 19 yaşlı gənc xanım “Bakı-2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.
- İdmançı kimi ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını necə qiymətləndirirsiniz?
- I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı çox qürur duyuruq və sevinirik.
Bu, idmançılar və xalq üçün çox böyük irəliləyiş olacaq. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük uğurumuzdur. Gələn idmançılar və turistlər Azərbaycanın necə inkişaf etdiyinin və öndə olan ölkələrdən biri olduğunun şahidi olacaqlar. İdmançı kimi elə düşünürəm ki, I Avropa Oyunları Azərbaycana uğur gətirəcək və artıq böyüyən gənc nəsildə idmana daha çox həvəs yaranacaq.
- Özünüz haqda məlumat verərdiniz, necə oldu ki, bu idman növünü seçdiniz?
-Taekvondo ilə 6 yaşımdan məşğul oluram. Sağlamlığımda yaranan problemlər ilə əlaqədar idmanla məşğul olmağa başladım, sonradan bu idman növü mənim həyat tərzimə çevrildi və qərara gəldim ki, artıq professional olaraq məşqləri davam etdirəcəm.
- Bəzən bu idman növünü oğlanlara şamil edirlər. Qadın olaraq bu idmanla məşğul olmaq sizin üçün çətin deyilmi?
- Taekvondo ilə məşğul olan çox qız idmançılarımız var və qızlarımızın uğurlu nəticələri var. Taekvondo mənim xarakterimə uyğun bir idman növüdür.
- Hansı idman yarışlarında təmsil olunmusunuz? Xarici yarışlarda ölkəmizi təmsil etmək sizdə hansı təəssüratları oyadır?
- Bir çox beynəlxalq turnirlərdə uğurla çıxış etmişəm. Avropa və dünya çempionu olmuşam. 2012-ci il London Olimpiya oyunlarının iştirakçısı olmuşam. Xarici yarışlarda Azərbaycanı təmsil etdiyimdə və uğur qazandıqda azərbaycanlı olduğum və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm.
-Avropa Oyunlarından nə gözləyirsiniz? Azərbaycanın bu Oyunlarda uğurları yetərincə ola bilərmi?
- Hər bir idmançı Avropa Oyunlarına hazırlaşır və hər kəs qalib gəlmək istəyir. İnanıram ki, hər bir idmançının arzusu, istəyi yerinə yetəcək. Konkret olaraq bizdə bu Oyunlara artıq yanvar ayından başlayan təlim məşqlərə hazırlaşırıq və inanıram ki, bu Oyunlarda uğurla çıxış edəcəyik. Öz ölkəndə döyüşmək daha çətindir. Çünki Azərbaycanda olanda daha çox məsuliyyət daşıyırsan. Bilirsən ki, 9 milyon insan sənə azarkeşlik edir. Döyüşdən qabaq hislər səni o qədər sıxır ki, tatamiyə ancaq çempion olmaq üçün çıxırsan. Digər tərəfdən o da yaxşıdır ki, nə qədər insan səni dəstəkləyir.
- Ümumiyyətlə, gələcəkdə də bu idman növünü davam etdirmək niyyətiniz varmı?
- Düşünürəm ki, Olimpiya Oyunlarından sonra sağlamlığımla bağlı bir çox problemlər var, onlarla məşğul olmalıyam. Bundan sonra, inşallah, həkimlərin icazəsi olsa, təbii ki, davam etdirərəm. Amma əgər sağlamlığım buna imkan verməsə, yenə də idmandan ayrı qalmayacağam. Yəqin ki, məşqçi kimi çalışaram və ən böyük arzularımdan biri olan yenə də dövlətimə qulluq edib hansısa bir dövlət işində işləmək istərəm. Özümü məşqçi kimi sınamaq istəyirəm. Çünki bildiklərimi, taktikalarımı gənc nəslə öyrətmək arzusundayam. Məsləhət olmazsa ayrılaram. Dövlət işinə gəldikdə isə polis də ola bilərəm. Məşqçi elə bir işdir ki, tələbələrin nəticə verə bilmirsə, praktiki olaraq işsiz qalırsan. Ya da yeniyetmə dövründən idmançıları yetişdirənə kimi işləyirsən. Heç kəsə sirr deyil ki, olimpiya və dünya çempionlarına iş təklifi olur. İşlə təmin olunmaq olar, amma öyrənmədən başım çaxmadığı sahədə çalışmaram. Savadımı artırıb təklifi qəbul edərəm.
- Qızlarımızın bu idman növü ilə məşğul olmasını məsləhət görərdinizmi?
- Taekvondo ele bir idman növüdür ki, həm döyüş növüdür, həm gözəllikdir, həm də ilk öncə təlim- tərbiyə var. Burada, mədəniyyət var, özündən böyüklərə hörmət var və qızlar üçün də uyğun bir idman növüdür. Bu baxımdan qızlarımıza da taekvondo ilə məşğul olmağı məsləhət görərdim.
- Avropa Oyunlarında rəqiblərinizi güclü hesab edirsinizmi?
- Hər bir rəqibimə hörmətlə yanaşıram, istər tatami üzərində, istərsə də kənarda, mənim üçün zəif və ya güclü rəqib yoxdur, hər bir idmançı ilə ehtiyatla döyüş aparıram. Amma onu da deyə bilərəm ki, yenilməyən rəqib yoxdur.
- Bu Oyunlarda taekvondo idman növü ilə bağlı bayrağımızın ucaldılacağına əminsinizmi?
- Avropa Oyunlarına güclü hazırlıq prosesi gedir, məndə hər bir idmançı kimi qalib olmaq üçün bu Oyunlara çıxıram. Heç kim yenilmək istəməz və inanıram ki, mən də bu Oyunlarda qalib olaram və Azərbaycanı layiqincə təmsil edərəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info