Sağlamlıq Sizi daban çatları narahat edir?
Tarix: 10.06.2015 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Yay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır, insana yerimək çətin olur. Müalicəsiz buraxılmış çatlar yaralara çevrilir, irinləyir.
Daban çatları orqanizmə xarici və daxili amillərin təsiri nəticəsində yaranır.
Daxili:
Artıq çəki
Şəkərli diabet
Dəridə quruluq
Avitaminoz

Xarici:

Dar ayaqqabı
Şəxsi gigiyena və dəriyə düzgün qulluq etməmək
Qumda ayaqyalın gəzinti, xlorlu su və ya dəniz suyu
Bəzi idman növləri
Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, piylənmə, qastrit və s. pozulmalardan, avitaminozdan (vitaminlərin çatışmazlığı) əziyyət çəkən insanlar, yaşlı insanlar daban çatlarından daha tez-tez hallarda əziyyət çəkir.
Dabanlarda çatların əmələ gəlməsinə bir çox hallarda yayda geyinilən açıq ayaqqabılar səbəb olur. Belə ayaqqabıların arxa hissəsi daim dabanları vurur və bunun nəticəsində bu hissədə olan dəri codlaşır və çatlayır.
Unutmaq olmaz ki, ayaqda yaranmış daban çatı göbələk və bakteriyalar üçün açıq qapıdır! Belə hallarda ayaq dərisinə düzgün qulluq əsas şərtlərdəndir.
Daban çatlarının profilaktikası üçün dəriyə qulluq vasitələrdən (krem-sabun, duş üçün gel) istifadə etmək lazımdır. Ayaq dərisini, dabanları yumşaq saxlamaq üçün xüsusi ayaq kremlərindən istifadə etmək müsbət nəticə verir.
Propolen- ayaq dərisinə qulluq üçün vasitədir. Propolen dabanın kobudlaşmış, çatlamış quru dərisini yumşaldır və hamarlaşdırır. Tərkibində olan propolis ekstraktı (arı yapışqanı) dəridəki çatları sağaldır, antibakterial təsir göstərir və iltihabı aradan qaldırır. Müntəzəm istifadəsi daban dərisinin yumşalmasına və hamarlaşmasına səbəb olur. Propolenin tərkibindəki sidik cövhəri kiçik molekulyar kütləyə malik olub, dərinin dərin qatlarına keçmək xüsusiyyətinə malikdir. Osmotik aktiv maddə olduğundan dəridə suyun saxlanmasına səbəb olur. Dərinin nəmlənməsinə səbəb olmaqla yanaşı, kremin tərkibindəki digər aktiv maddələrin də dəriyə ötürülməsini sürətləndirir. Sidik cövhəri allergik reaksiyalar, əlavə təsirlər verməməsinə görə geniş istifadə edilir. Propolen tərkibindəki aktiv komponentlər sayəsində dəri səthinin məhv olmuş hüceyrələrini bərpa edir.

Propolen yalnız xaricə istifadə üçündür. Ayaqlarınızı isti su ilə yuyun və yaxşı qurulayın. Ayaq üçün kremi gündə iki dəfə, dərinin zədələnmiş nahiyəsinə zərifliklə tam sorulana qədər sürtün. Propolen müntəzəm istifadə zamanı daha effektlidir.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tibb sahəsində yeni beynəlxalq sənədə qoşulur
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Heydər Əliyev və bələdiyyələr
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info