Alzaymer xəstəliyinə qarşı təbii vasitə
Tarix: 29.01.2013 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Çin alimləri sübut ediblər ki, çiçəklər təkcə estetik zövq predmeti deyil, onlar həm də insan beynini qocalmaqdan qoruyurlar. Alimlərin sözlərinə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər sinir sisteminin fəaliyyətini gücləndirir. Bu barədə "EvroSMİ" saytı xəbər verir.
Məsələn, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzaymer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağıl kəmliyinə, eləcə də beyin qan dövranının xroniki pozğunluqlarına qarşı beyinin fəaliyyətini yaxşılaşdırır. Belə ki, bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır. Qeyd edək ki, məhz asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır. Lakin Alzaymer xəstəliyi zamanı onun səviyyəsi kəskin düşür.
Qalantamin nərgizin tərkibində də mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda çinli mütəxəssislər arasında bu maddənin onkoloji xəstəliklərin müalicəsində istifadəsinin mümkünlüyü müzakirə olunur. Eyni zamanda, Sidneydən olan alimlər müəyyən ediblər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir və yenə də Alzaymer xəstələrində beyinin işinə müsbət təsir edir.
Krokusa gəldikdə, alimlər tərkibindəki kolxisin sayəsində xərçəng və iltihab əleyhinə xüsusiyyətlərə malik olduğuna əmindirlər. Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, eləcə də ağrı və aqressivliyi azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O həm də beyin hüceyrələrini qocalmadan qoruyur.
Yeri gəlmişkən, bu günlərdə Novorossiyskdən olan alimlər çox mühüm kəşfə imza atıblar. Onlar beyni xəstə orqanların regenerasiyası üçün lazım olan gövdə hüceyrələrini istehsal etməyi stimullaşdıran preparat hazırlayıblar. Belə dərmanın dünyada analoqu yoxdur və unikaldır. Hazırda preparatın ilyarım davam edəcək kliniki sınaqlarına hazırlıq gedir.





 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info