İtalyan jurnalist: “Azərbaycan gələcəyin ölkəsidir”
Tarix: 19.06.2015 | Saat: 02:12:00 | E-mail | Çapa göndər


“Bakı-2015”in bütün idman meydançalarında çox yaxşı təşkilatçılıq var. Fikrimcə, Azərbaycan növbəti olaraq Olimpiya Oyunlarını keçirməyə hazırlaşa bilər. Bu baxımdan Azərbaycanın çox yaxşı mövqe və gələcəyi var”. Bu fikirləri özəl olaraq “Palitra”ya İtaliyanın “Samurai Bushido” jurnalının direktoru Spartaco Bertoletti bildirdi. Spartaco Bertoletti italyan idmançılarının göstərdikləri nəticələrdən razılıq etdi: “İtaliyadan bura 20 idman növü üzrə təmsilçi gəlib. Bizim idmançılar çox yaxşı əhvali-ruhiyyədədirlər. Bu günə kimi güllə atıcılığı və güləş üzrə medalımız var”.
“Samurai Bushido”nun direktoru jurnalistlər üçün Media kəndində çox rahat şəraitin yardıldığını dedi: “Bu baxımdan hər şey qaydasındadır. Ümumiyyətlə, medianın öz işini görməsi üçün hər bir yarış meydançasında bütün lazımi şərait var. Hətta əksər yerlərdə jurnalistlər masalı stullarda əyləşib birbaşa həm yarışı izləyir, həm də xəbərlərini yazırlar. Ayrıca qalib idmançılarla jurnalistlərin görüşü üçün də otaqlar ayrılıb. Bütün bunlarla yanaşı, Media kəndinin özündə də jurnalistlərin böyük iş otağı var. Bu otaqlar da jurnalistlərə lazım olan İKT ilə təchiz olunub”. Onun sözlərinə görə, ilk Avropa Oyunlarında həm idmançıların, həm də jurnalistlərin dostluğu da yaranır: “Məncə, “Bakı-2015”in elə əsas məqsədlərindən bir də budur. Azərbaycan gələcəyin ölkəsidir. Çünki sizin ölkənin nefti var”. O, Azərbaycanla İtaliyanın çox yaxşı dostluq əlaqələrinin olduğunu dedi: “Hər iki ölkənin oxşar cəhətləri var. Məsələn, həm İtaliya, həm Azərbaycan dəniz sahilində yerləşir. Birinci dəfədir ki, Azərbaycandayam. Bütün günü yarışlarda oluram deyə Bakını gəzə bilməmişəm. Amma vaxt tapıb şəhərdə gəzmək istəyirəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info