“Le Figaro”: “Avropa Oyunlarında mükəmməl təşkilatçılığın şahidi olduq” (Yenilənib)
Tarix: 24.06.2015 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Cəmiyyətinin prezidenti, deputat Jan Fransua Mansel, Cəmiyyətin vitse-prezidenti, senator Natali Qule, Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri, senator Andre Rişar və digər fransalı parlamentarilər “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı bəyanat yayıblar.
“Le Figaro” qəzeti xəbər verir ki, bəyanatda birinci Avropa Oyunlarının açılış mərasimində Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərlərinin nümayiş etdirildiyi bildirilir. “Bakıda Avropa Oyunlarının açılış mərasimində biz mükəmməl təşkilatçılığın şahidi olduq. Bu, azərbaycanlılarda ruh yüksəkliyinin olmasını və onların problemlərin öhdəsindən gəlmək bacarığını göstərir. Otuz ay ərzində Azərbaycan 50 ölkənin 20 idman növü üzrə 6 min atletini qəbul etmək üçün ən səmərəli təşkilatçılığa nail oldu. Açılış mərasimi insanların öz tarixi və mədəni köklərindən necə qürurlandıqlarını göstərdi, o cümlədən Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərlərini nümayiş etdirdi. Hətta Azərbaycan ilə faciəvi və ədalətsiz ərazi münaqişəsinə girən Ermənistan belə, digər ölkələr kimi yarışlarda iştirak etdi. Əcnəbi şərhçilər Azərbaycan xalqının bu Oyunlardan əziyyət çəkəcəyini deyirdi. Lakin 68 min izləyicinin stadiondakı ruh yüksəkliyini, gecə saatlarında ailələri ilə açılış mərasimindən qayıtmalarını, Oyunlarla bağlı bütün tədbirlərdə sevinclə iştirak etmələrini görmək kifayətdir ki, insanların Oyunları keçirməkdən necə qürurlandıqlarını hiss edəsən”, - deyə bəyanatda bildirilir. Sənəddə Azərbaycanda qadınlara hətta Fransadan 30 il əvvəl seçib-seçilmək hüququ verildiyi qeyd olunur: “Dünyanın digər yerlərində dinlərin faciələrlə qarşılaşdığı bir vaxtda burada şiələr, sünnilər, yəhudilər, xristianlar harmoniya, qarşılıqlı hörmət şəraitində yaşayırlar”. Bəyanatda Avropanın, xüsusilə Fransanın Azərbaycan ilə bağlı sistemli tənqidlərinin düzəlməz təsirlər yarada biləcəyi deyilir: “Müstəqilliyini 24 ildir ki, bərpa edən bu ölkəni qaralamaq yerinə, onun siyasi, iqtisadi və sosial inkişafından danışmaq daha yaxşı olardı. Fransa mətbuatında Azərbaycan və onun liderinə qarşı haqsızlıq edilir. Ölkənin reallığını görmək üçün oraya getmək kifayətdir. Ümid edək ki, Parisdə oturub Bakı haqqında yox, tezliklə Bakıdan Bakı haqqında yazılacaq”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info