“ABŞ dünyadakı vəziyyəti obyektiv qiymətləndirə bilmir”
Tarix: 29.06.2015 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Amerikanın xarici siyasəti son on ildə ciddi səhvlərlə xarakterizə edilməkdədir. Hazırda Vaşinqton beynəlxalq vəziyyəti obyektiv qiymətləndirmək qabiliyyətini itirib”. Bu fikirləri Çexiya Respublikasının prezidenti Miloş Zeman bildirib.
Dövlət başçısı “Parlamentni listy” nəşrinə verdiyi müsahibədə bildirib ki, amerikalıların özlərini analiz etmək imkanları yoxdur. Çexiya prezidentinin qənaətincə, ABŞ ardıcıl olaraq səhvlərə imza atır: “Onlar İraqda kütləvi qırğın silahlarının olması barədə iddialarla bu ölkəyə hərbi müdaxilə etdilər, amma sonda qırğın silahlarının olmadığı üzə çıxdı. Bundan başqa, amerikalılar Suriya hökumət qüvvələrini bombalamaqla ciddi səhvə yol verdilər. Onlar elə bilirdilər ki, bununla demokratik qüvvələrə yardım edirlər. Amma sonradan bəlli oldu ki, Əfqanıstanda vuruşduqları “Əl-Qaidə”yə yardım edirmişlər”. Zeman bütün bunlara istinadən Vşinqtonun xarici siyasət modelinin yanlış olduğunu bildirir: “Bu, tamamilə mənasız bir siyasətdir. Fərqli mədəniyyət və ənənəyə malik ölkəyə öz siyasi sistemini ixrac etmək cəhdi uğursuz olduğu halda həmin ölkəni düşmənə çevirmək, uğurlu olduğu halda belə, həmin ölkəni dağıtmaq yanlışdır. Mitinqlərin birində bir nəfər mənə “təcavüzkar” məfhumu barədə maraqlı fikir bildirdi. Onun fikirləri təxminən belə idi: “ABŞ-ın anlayışında təcavüzkar hər hansı bir ölkəyə ondan əvvəl hücum edən dövlətdir”. Çexiya prezidenti "İslam Dövləti" kimi tanınan terror qrupunu hazırda dünya ictimaiyyəti üçün ən böyük təhlükə hesab edir.

“ABŞ-ın anlayışında təcavüzkar hər hansı bir ölkəyə ondan əvvəl hücum edən dövlətdir”

O, bu qruplaşmaya qarşı beynəlxalq gücün yaradılmasına ehtiyac olduğunu bildirir: “Təəssüf ki, bəzi sivilizasiyalı dövlətlərin qorxaqlığı və axmaqlığı ucbatından “İŞİD”-lə mübarizə üçün beynəlxalq güc yaratmaq mümkün olmayıb və bunu nəticəsi olaraq hər gün yüzlərlə günahsız insan öldürülür”. Zeman iddia edir ki, Rusiya prezidenti onun bu təklifini dəstəkləyir: “NATO üzvü olan ölkələri gözlənilən təhlükəyə inandırmaq lazımdır. Çinli həmkarım da mənə bildirdi ki, bu barədə Obama ilə danışıqlar aparır. Təəssüf ki, yalnız Qərbi Avropa passivlik nümayiş etdirir. Elə bil, onların siyasətinə sakitləşdirici zəhər hopdurulub”. Qeyd edək ki, Zeman çıxışlarında tez-tez Moskvaya dəstək nümayiş etdirir. Belə ki, bu ilin 22 fevralında Rusiyanın Baltikyanı ölkələrə hücumu barədə şaiyələr yarananda da Çexiya hökuməti bunu olduqca inanılmaz vəziyyət kimi xəarakterizə etmişdi. Bundan əlavə, Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı da çıxış edən ölkələrdən biri kimi Çexiya həmişə öndə olub. Hələ fevral ayında Rusiyaya qarşı qadağalara qarşı çıxan Zeman Çexiya və Rusiya arasında normal ticarət əlaqələrini inkişaf etdirmək istəyi barədə bəyanat vermişdi. O, bəyan etmişdi ki, Krım Ukrayna üçün artıq itirlib: “Başa düşülməlidir ki, müəyyən dövr istisna olmaqla, bu ərazi heç vaxt Ukraynaya məxsus olmayıb. Sovet İttifaqının qəribə lideri Nikita Xruşov Krımı Ukraynaya hədiyyə olaraq vermişdi”. Bu ilin aprelində ABŞ-ın Çexiyadakı səfiri Endrü Şapiro Miloş Zemanın Moskvada 9 May tədbirlərinə qatılmaq barədə mövqeyini tənqid etmişdi. Zeman səfirin acıqlamasına sərt reaksiya vermişdi. Çexiyanın ABŞ-daki səfirinin Obamanın hansısa səfərini tənqid etməsini təsəvvür belə, etmədiyini deyən Zeman iqamətgahının qapılarının amerikalı səfir üçün baglı olduğunu da qeyd etmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info