Avropa Oyunlarının ulduz elçiləri mükafatlandırılıb
Tarix: 01.07.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


“Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) inzibati binasında mötəbər yarışın ulduz elçilərinin missiyasının başa çatması münasibətilə mükafatlandırma mərasimi təşkil olunub.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq yarışların yüksək səviyyədə təşkil edildiyini və Azərbaycanın dünyanın idman tarixində yeni səhifə açdığını diqqətə çatdırıb. O deyib: “Birinci Avropa Oyunlarının uğuruna verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Gərgin iş qrafikinizin olmasına baxmayaraq Oyunların təbliğinə geniş vaxt ayırdınız. “Bakı-2015”in məşəlinin “Atəşgah” məbədindən alovlandırıldığı gündən Azərbaycanın regionlarına səfərinədək ulduz elçilər xalqın arasında oldular, onları yarışlara səslədilər və təmsil etdikləri idman növünü təbliğ etdilər”.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ulduz elçilərimizin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Vurğulanıb ki, birinci Avropa Oyunları ərəfəsində ulduz elçilərin seçimi prosesi çox çətin oldu. Həmin şəxslər fanatlarının və sosial şəbəkələrdə izləyicilərinin sayı ilə müəyyən edildi. Ölkəmizdə populyar insanlar Oyunlara cəlb edildilər və bunun uğurlu nəticəsi də göz qabağındadır.
Birinci Avropa Oyunlarının ulduz elçisi Azər Qərib “Bakı-2015”in bir parçası olduğu üçün özünü xoşbəxt hiss etdiyini və mötəbər yarışın təkcə ölkəmizdə deyil, bütün dünyada maraqla izləndiyini diqqətə çatdırıb.
Sonda “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçilərinə sertifikat və xatirə hədiyyələri təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info