“Etika Forumu-Bakı 2015” keçirilib
Tarix: 02.07.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən Etika Akademiyası Fərdi İnkişaf Mərkəzi iyulun 1-də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Etika Forumu-Bakı 2015” Forumu keçirib.
Etika Akademiyasının rəhbəri Günel İbrahim əvvəlcə forumun məqsədi barədə məlumat verib. Qeyd olunub ki, məqsəd vətəndaş cəmiyyətini inkişaf etdirmək, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğatına diqqət yönəltmək və Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsi üçün dövlət təşkilatlarının, kommersiya və ictimai qurumların dəstəyinə nail olmaqdır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Etika Akademiyası hələ ötən il fəaliyyətə başlasa da, gördüyü işlər diqqətdən yayınmır: “Bir çox gənclərin fəallığının artmasında bu akademiyanın xüsusi rolu var. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti bu gün öz bəhrələrini verməkdədir. Çox istərdik ki, bu cür forumlar bölgələrimizdə də keçirilsin”.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə Etika Akademiyası və AGAT-la sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb: “Etikanın elə ən bariz nümunəsi bu yaxınlarda keçirilmiş birinci Avropa Oyunları oldu. Bununla Azərbaycan dünyaya öz mentalitetini, adət-ənənələrini çatdıra bildi. Biz özümüzə aid olanları deyə bildik. Bu Oyunları izləyərkən çox təəssüf ki, qarayaxma kampaniyalarının da şahidi olduq. Bu Oyunlar haqqında söylənilən qərəzli fikirləri eşitdikdə, şəxsən məndə təəssüf hissi yarandı. Əgər kimsə hesab edirsə ki, virtual məkanda qeyri-etik fikirlər deyə bilər, bu, yanlışdır”.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edərək, birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə hər kəsi təbrik etdi: “Getdikcə dövlətimiz gənc nəsillə daha çox uğurlar qazanır. Biz bu foruma da yeni məzmun gətirə biləcəyik. Etika çox böyük məfhumları özündə əhatə edən istiqamətdir. Özümüzlə vətəndaş arasında heç bir fərq görməməliyik. Bu, etikanın ən böyük üstünlüyüdür. Etik davranış qaydalarında ayrı-seçkiliyə yol verilməməlidir. Əgər ailədə kobud münasibətlər varsa, bu, böyük bir etik pozuntusundan xəbər verir. Etik davranış dedikdə, yalnız etik qaydaları düşünməliyik. Bu qaydalar mümkün qədər çox təbliğ edilməlidir”.
Sonra Fansanın Azərbaycandakı səfiri Paskal Mönye, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin aparat rəhbəri xidmətinin məsləhətçisi Fərid Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə standartları qrupunun rəhbəri Firdovsi Mütəllimov, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov və başqaları etik qaydaların önəmindən bəhs edərək, sağlam cəmiyyətin formalaşmasında nəzakət qaydalarının, bərabərlik prinsipinin qorunmasının əhəmiyyətini vurğuladılar.
Qeyd olunub ki, cari ildə “Regional Etika Bakı-2015”, gələn ildə isə Beynəlxalq Etika Forumunun keçirilməsi nəzərdə tutulub. Bu forumlarda bir sıra Avropa ölkələrindən nümayəndələrin, institutların iştirakı planlaşdırılır.
Sonda Etika Akademiyasının rəhbəri G.İbrahim tərəfindən Milli Etiket Ensiklopediyasının yazılmasında fərqləndiklərinə görə bir qrup şəxs mükafatlandırıldı.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb
18.09.2019
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info