Fuad Ələsgərov: “Dünya Avropa Oyunları ilə bağlı yüksək təşkilatçılığın nümunəsini gördü“
Tarix: 02.07.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


"Azərbaycan iyunun 12-dən 28-dək ilk Avropa Olimpiya Oyunlarına layiqli ev sahibliyi etdi. Bu 17 gün ərzində bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bu sınaqdan şərəflə çıxdı, yeni tarixə, möhtəşəm uğura imza atdı". Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2014-2015-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
F.Ələsgərov deyib ki, ilk Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi: "Onun mədəniyyətini, ənənələrini, qonaqpərvərliyini, ölkəmizin və Bakının gözəlliyini dünyaya tanıtdı". PA rəsmisinin sözlərinə görə, xüsusən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təkrarolunmazlığı və möhtəşəmliyi dövlətimizin qüdrətini, zəngin tarixi ənənələrini nümayiş etdirdi: "Dünya yüksək təşkilatçılığın nümunəsini gördü. Yarışların, idmançıların və qonaqların mühafizəsinin yüksək şəkildə təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının rolu əvəzolunmazdır. Onlar asayişin və yarışların keçirildiyi obyektlərin qorunması, idmançıların, azarkeşlərin və digər qonaqların təhlükəsizliyinin təmin edilməsi, ölkəmizə gəlmiş dövlət və hökumət rəhbərlərinin müşayiəti və digər mühüm vəzifələri ən yüksək səviyyədə yerinə yetiriblər. Bu mötəbər tədbirin əmin-amanlıq şəraitində keçməsinə töhfələr veriblər. Deyərdim ki, biz Qərb ölkələrinə örnək ola biləcək mədəni və nəzakətli, insan hüquqlarına riayət edən və onu rəhbər turan yeni Azərbaycan polisinin fəaliyyətini gördük".
F.Ələsgərov deyib ki, qarşıdan ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə - növbəti parlament seçkiləri gəlir: "İnanırıq ki, həmin dövrdə də daxili işlər orqanları öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər. Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində böyk məsuliyyət, əzm və fədakarlıqla çalışacaqlar".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info