2972 sahibkara 97 milyon manat güzəştli kredit verilib
Tarix: 02.07.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qəbələ rayonunun Vəndam kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilmiş, Qəbələdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilmiş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 100-ə yaxın sahibkarın iştirak etdiyi forumda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq, balıqçılıq və arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin birinci yarımili ərzində 2972 sahibkara 97 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il maliyyələşdirilmiş layihələrin sayı 13% artmışdır. Bu dövrdə güzəştli kreditlərin 86,2%-i aqrar sektorun, 13,8%-i müxtəlif sənaye və digər sahələrin inkişafına verilib. Kreditlərin 73,5%-i respublikanın regionlarının payına düşür.
Qeyd edilib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1810 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,9 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı komplekslərinin, cins iri heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 8800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Qəbələ və ətraf rayonlardan olan 52 sahibkara 693 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qəbələ rayonunun Böyük Əmili kəndində güzəştli kredit ayrılmış ildə 2,2 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
29.09.2020
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
29.09.2020
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
29.09.2020
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
29.09.2020
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info