F.Ələsgərov: “Ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib”
Tarix: 02.07.2015 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


"Günümüzün çağırışlarına cavab olaraq polisin üzərinə düşən vəzifələrin dairəsi genişlənib. Cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün qabaqcıl informasiya texnologiyaları tətbiq edilib, maddi-texniki baza, polis orqanlarında çalışanların sosial müdafiəsi gücləndirilib". Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2014-2015-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov dövlət başçısının xoş arzularını çatdırıb. F.Ələsgərov qeyd edib ki, ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib: "2004-2015-ci illərdə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam, habelə 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktları imzalanıb, yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bütün bunlar həm də ictimai asayişin keşiyində duran DİN orqanlarının əməkdaşlarına ölkə rəhbərliyinin qayğısının, gərgin və səmərəli fəaliyyətinə verdiyi qiymətin nəticəsidir". PA rəsmisi bildirib ki, bu gün DİN əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, təşəbbüskar, geniş dünyagörüşlü, nümunəvi davranışlı, Anda sadiq, dövlətçilik və qanunçuluq prinsipləri əsasında tərbiyə edilmiş gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb
18.10.2019
Gələn il Azərbaycanda pensiyaların orta aylıq məbləği 293 manat olacaq
18.10.2019
Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10920

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Vasim Məmmədəliyev vəfat edib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info