ADİU ilə Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq
Tarix: 02.07.2015 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


İyulun 2-dən 4-dək Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM–MTU) rektoru, professor Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qonaq olacaq.
Səfər çərçivəsində AİM–MTU rektoru, professor Yaroslav Kuzminov ADİU ilə tanış olacaq, universitetin professor müəllim heyəti ilə görüşəcək. Görüşlərdə iqtisadiyyat profilli iki universitet arasında tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının yaradılması və birgə elmi-tədqiqatların aparılmasını məsələsi müzakirə olunacaq.
ADİU ilə Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti arasında potensial əməkdaşlıq müqaviləsində bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirilməsi, qəbul edən universitetdə təhsil haqqı ödənilməməsi şərtilə qarşılıqlı tələbə və magistrantların, professor-müəllim mübadiləsi, ADİU-da magistratura səviyyəsində yeni ixtisasların (səhiyyənin iqtisadiyyatı, bio-iqtisadiyyat) yaradılmasına metodiki yardımın göstərilməsi, birgə yay və qış məktəblərinin təşkil edilməsi, müvafiq mövzular üzrə elmi tədqiqatların aparılması və beynəlxalq elmi-tədqiqat qrant layihələrində (Horizon-2020 və sair) birgə iştirak edilməsi nəzərdə tutulur. Həmçinin hər tədris ilində müvafiq sayda tədqiqatçının digər universitetdə tədqiqat aparması, yeni tədris metodları, modullar üzrə təhsil, distant təhsil, tədris prosesinin elektronlaşdırılması, müəllimlərin reytinqinin müəyyən edilməsi və digər məsələlər üzrə təcrübə mübadiləsi, birgə konfransların (vebinar və videokonfranslar da daxil olmaqla) təşkil edilməsi, Ali İqtisad Məktəbi Olimpiadasının hər il ADİU-nun ev sahibliyi ilə keçirilməsi məsələləri daxildir.
Ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq 2014/2015-ci tədris ilində hər iki universitetin beynəlxalq əlaqələr üzrə müvafiq strukturları arasında aktiv yazışmaların həyata keçirilməsi ilə başlayıb. Belə ki, bu ilin yanvar ayında Moskva şəhərində Ali İqtisad Məktəbinin 20-yə yaxın struktur bölməsinin rəhbərləri ilə keçirilən görüşlərdə ADİU ilə əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb. 14-15 fevral tarixlərində ADİU-da nüfuzlu Ali İqtisad Məktəbinin Azərbaycan üzrə Olimpiadası keçirilib. 50-yə yaxın azərbaycanlı tələbənin iştirak etdiyi olimpiadada ADİU-nun 2 tələbəsi qalib olub. Həmin ərəfədə Ali İqtisad Məktəbinin professoru M.V.Plotnikov tələbələri üçün master klasslar verib. Bu ilin aprel ayında isə Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində “Moskva Beynəlxalq Təhsil Salonu”da iştirak çərçivəsində ADİU ilə Ali İqtisad Məktəbi arasında “Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. Sənəd ADİU-nun rektoru, professor Ədalət Muradov və Ali İqtisad Məktəbinin rektoru, professor Yaroslav Kuzminov tərəfindən imzalanıb.
Qeyd edək ki, “QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan Rusiyanın nüfuzlu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti 1992-ci ildə yaranıb. Universitet 25 minlik tələbə və 2500 nəfərlik tədris heyətinə malikdir. “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru, professor Yaroslav Kuzminov 1989-cu ildə Moskva Fizika Texniki İnstitutunda “İqtisadi nəzəriyyə” kafedrasının yaradılmasına təşəbbüs göstərib. 1989-1993-cü illərdə SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük elmi işçi və İqtisadi tarix tədqiqatları sektorunun müdiri vəzifəsində çalışıb. 1990-cı illərin əvvəllərində Yevgeniy Yasinlə birlikdə “İqtisadi ali təhsil müəssisəsinin yeni modelinin yaradılması” konsepsiyanı irəli sürüb. 27 noyabr 1992-ci il tarixində yaradılan Ali İqtisad Məktəbinin rektoru vəzifəsinə təyin olunub. O, “İqtisadi islahatların institusional təhlili” adlı ilk Elmi-tədris laboratoriyasının rəhbəri olub. 2014-cü ildə Moskva Şəhər Dumasının deputatı seçilib. Rusiya Federasiyasının "Strategiya-2020" layihəsinin “Əmək bazarı, peşə təhsili və miqrasiya siyasəti” üzrə ekspert qrupunun rəhbəri olan Y.Kuzminov elm-tədris laboratoriyalarının yaradılması ideyasının müəllifidir. Rektor Yaroslav Kuzminovun həyat yoldaşı Elvira Nabiullina hazırda Rusiya Federasiyası Mərkəzi Bankının sədridir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info