Ermənistanın Qərbə uyması onun bir ölkə kimi sonu ilə nəticələnəcək
Tarix: 02.07.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Qərbin Ermənistanda “Maydan” yaratmaq cəhdləri və ermənilərin Rusiyaya qarşı çıxış etmələri, ölkənin daxildən parçalanması, vətəndaş qarşıdurmasının dərinləşməsi, indiki Ermənistan ərazilərinin itirilməsinə səbəb ola bilər

Ermənistanda iki həftədən artıqdır davam edən etiraz aksiyaları getdikcə genişlənməkdədir. Bu isə istər-istəməz Qərb mediasını Ermənistanda baş verənlərlə bağlı yazılar yazmağa vadar edib. Alman qəzeti “Die Zeit”in erməni kütləvi etiraz aksiyası fəalı Babken Ter-Qriqoryandan götürdüyü müsahibə bu baxımdan diqqət çəkir. Babken Ter-Qriqoryan öz müsahibəsində Rusiyaya qarşı ittihamları ilə bərabər, etiraf edib ki, Ermənistan Rusiyadan enerji, təhlükəsizlik və sair məsələlərdə asılıdır. Onun etirafına görə, heç də ermənilərin hamısı Rusiyadan narazı deyil. Belə çıxır ki, erməni əhalisi Rusiyadan asılılığın onlar üçün həyati önəm kəsb etdiyini dərk edirlər. Yəni ermənilərin əksəriyyəti Rusiyadan müxtəlif məsələlərdə asılılığın və Rusiya ilə əlaqələrin, həmçinin şimal qonşudan gələn pul köçürmələrinin Ermənistanı ayaqda saxladığının fərqindədirlər.

Məsələn, 2014-cü ilin 6 ayı ərzində təkcə ABŞ Ermənistan QHT-lərinə 250 milyon dollar nağd pul ayırıb. Ermənistan kimi balaca dövlət üçün bu böyük rəqəmdir. Bu pullar isə ermənilərin “qara gözünə aşiqliyə görə” ayrılmayıb. Təbii ki burada Rusiya əleyhinə qruplar formalaşdırmaq və onlardan yararlanmaq məqsədi güdülür. Bu isə özünü Ermənistandakı indiki etiraz aksiyalarında həmin qrupların çıxışlarında və bəyanatlarında göstərir

O daha sonra qeyd edib ki, əgər 2013-cü ilin dekabrına qədər Ermənistanın qaz nəqliyyatı şirkəti Rusiyadan 80 faiz asılı idisə, indi 100 faiz asılıdır: “Cümə günü etirazlar daha da alovlananda isə bizim prezident Rusiyaya gedərək oradan böyük Rusiya krediti təminatı ilə geri döndü. O fikirləşdi ki, bu uğurdur, əslində isə küçələrdə etiraz edən insanlara bəllidir ki, bununla Rusiyadan asılılıq daha da artır”.
Qeyd edildiyi kimi, Ermənistanın Rusiyadan asılılığı hazırkı məqamda bu ölkənin müstəqilliyinin yalnız simvolik və ya formal anlam kəsb etməsinə gətirib çıxarsa da, ona müxtəlif məsələlərdə təminat qazandırıb. Bu baxımdan Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması, onun məhvi və ya ən azından, bir ölkə kimi yox olmaq təhlükəsi ilə nəticələnəcək. 200 ildən artıq bir müddətdə Rusiya tərəfindən həm bir ölkə, həm də xalq kimi formalaşdırılan Ermənistan, indi birdən-birə Qərbin müxtəlif təhrikləri ilə cızığından çıxarsa, yəqin ki bunun əvəzini artıqlaması ilə ödəməli olacaq. Qərbin Ermənistanda “Maydan” yaratmaq cəhdləri və ermənilərin buna uymaları, Rusiyaya qarşı çıxış etmələri, ölkənin daxildən parçalanması, vətəndaş qarşıdurmasının dərinləşməsi, indiki Ermənistan ərazilərinin həm də itirilməsinə səbəb ola bilər. Söhbət İrəvan da daxil olmaqla, ermənilərin iki əsr öncə məskunlaşdıqları İrəvan xanlığının tarixi ərazilərindən gedir. Məsələn, Xruşşovun zamanında Rusiyadan alınaraq Ukraynaya verilmiş Krımın yenidən Rusiyaya qaytarılması kimi presedentlər eynilə, Ermənistana qarşı da tətbiq edilə bilər. Bunun üzərinə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun Azərbaycan tərəfindən ən qısa zamanda geri alınması imkanını da gəlmək lazımdır. Qarabağ müharibəsində Ermənistanın ən rüsvayçı və tez bir şəkildə məğlub olması üçün Rusiyanın Ermənistandan əl çəkməsi yetər.

Ermənistandakı etiraz aksiyalarında iştirak edən və təşəbbüslərə yiyələnmək istəyən, “demokratiya” adı ilə başlayan QHT-lərin nümayəndələri var. Bu da göstərir ki, Ermənistandakı aksiyalarda həmin qruplar məsələni sırf siyasi və qarşıdurma səviyyəsinə, bunun ardınca isə Rusiyanın təsir dairəsindən çıxma dərəcəsinə çatdırmaq istəyirlər

Qeyd edildiyi kimi, heç də erməni əhalisinin hamısı yox, sadəcə, müəyyən qrup təşkilatlanmış insanlar bu gün Ermənistandakı aksiyalarda Rusiya əleyhinə çıxış edir. Ter-Qriqoryan müsahibəsində deyib ki, Rusiya KİV-i İrəvandakı nümayişləri Ukrayna Maydanı ilə müqayisə edib və bunun mənbəyini ABŞ-la bağlayb: “Amma bizim insanlar elektrik enerjisinin qiymətlərinin düşməsini istəyirlər. Bütün bunlar çox adi səslənir, amma əsl həqiqətdə bunun arxasında Ermənistanın böyük problemləri dayanır, hər şeydən öncə, Ermənistan Rusiyadan asılıdır. Amma biz daha Rusiyanın koloniyası olmaq istəmirik”.

Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması, onun məhvi və ya ən azından, bir ölkə kimi yox olmaq təhlükəsi ilə nəticələnəcək. 200 ildən artıq bir müddətdə Rusiya tərəfindən həm bir ölkə, həm də xalq kimi formalaşdırılan Ermənistan, indi birdən-birə Qərbin müxtəlif təhrikləri ilə cızığından çıxarsa, yəqin ki bunun əvəzini artıqlaması ilə ödəməli olacaq

Doğrudan da, Ermənistandakı mitinqlərin səbəbləri və baş vermə xüsusiyyətləri içərisində Qərb amilinin mövcudluğuna diqqət yetirməyə dəyər. Qərb dairələri tərəfindən formalaşdırılan bir qrup situasiyadan yararlanıb Rusiya ilə aranı vurmağa çalışırlar. Bu mövzuda ötən yazılarımızda Ermənistandakı etiraz aksiyalarında iştirak edən və təşəbbüslərə yiyələnmək istəyən, “demokratiya” adı ilə başlayan QHT-lərin nümayəndələrindən sitatlar gətirmişdik. Bu da göstərir ki, Ermənistandakı aksiyalarda həmin qruplar məsələni sırf siyasi və qarşıdurma səviyyəsinə, bunun ardınca isə Rusiyanın təsir dairəsindən çıxma dərəcəsinə çatdırmaq istəyirlər. Bununla onlar əslində bağlı olduqları Qərb dairələrinin sifarişlərini yerinə yetirirlər. Nəzərə almaq lazımdır ki, məhz 2014-cü ilin 6 ayı ərzində təkcə ABŞ Ermənistan QHT-lərinə 250 milyon dollar nağd pul ayırıb. Ermənistan kimi balaca dövlət üçün bu böyük rəqəmdir. Bu pullar isə ermənilərin “qara gözünə aşiqliyə görə” ayrılmayıb. Təbii ki burada Rusiya əleyhinə qruplar formalaşdırmaq və onlardan yararlanmaq məqsədi güdülür. Bu isə özünü Ermənistandakı indiki etiraz aksiyalarında həmin qrupların çıxışlarında və bəyanatlarında göstərir.

İlkin AĞAYEV










 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info