Klaudia fon Zalçen: “Qərb demokratiyası insan hüquqlarından bezib”
Tarix: 03.07.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“Der Tagesspiegel”: “Avropanın bir çox siyasi institutlarına ölkələr tərəfindən laqeyd münasibət hökm sürür”

Qərbin bəzi dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi kampaniya öz məqsədinə çatmadı. Müxtəlif QHT-lər və media orqanları vasitəsilə həyata keçirilən bu kampaniya ilk Avropa Oyunları ərəfəsində və Oyunlar vaxtı daha geniş vüsət aldı. Antiazərbaycan kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə başladı. Bir sıra ölkələri əhatə edən media infrastrukturuna eyni tezislər əsasında materiallar vermək tapşırıldı.
Buna görə də Britaniyada BBC, “Reuters”, “The Guardian”, “The İndependent”, “The Telegraph”, Almaniyada “Der Shpiegel”, “Shtern”, “Deutche Welle”, Fransada “Le Monde”, “Frans Press” və digər ölkələrdə aparıcı media qurumları bir-birini təkrarlayan materiallar verdilər. Materialların əsas məğzini konkret cinayət əməllərinə görə həbs olunmuş ABŞ-ın Azərbaycandakı “5-ci kolon” üzvlərinin azadlığa buraxılmasına dair çağırış-tələblər təşkil etdi. Paralel olaraq sosial şəbəkələrdə Azərbaycanın mənfi rəyinin formalaşdırılmasına cəhd olundu. Kampaniyanın bu şəkildə aparılmasının səbəblərinhən biri də bunları “beynəlxalq ictimai rəy” kimi təqdim etmək idi. Amma ölkəmiz bu kampaniyanın məqsədli və saxta olduğunu bütün dünyaya nümayiş etdirə bildi. 2012-ci ildə keçirilən “Avroviziya” yarışması vaxtı olduğu kimi bu dəfə də Almaniya mediası saxta kampaniyanın önündə dayanması ilə diqqət çəkdi.

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın tərəfdarları var”

Almaniya Bundestaqında qəbul edilən qərəzli qətnamə və bu ölkə mediasının eyni mərkəzdən göndərilən tezislər əsasında hazırladığı məqalələr Berlinin Vaşinqtonun diqtəsi ilə hərəkət etməsinin isbatı oldu. Avropa Parlamentində müzakirə edilən məlum qətnamə layihəsinin də təşəbbüskarı yenə də alman deputatlar olmuşdu. Alman mediasının apardığı bu qərəzli kampaniyaya rəğmən bu ölkənin bir çox nüfuzlu şəxsləri ölkələrinin mövqeyini tənqid ediblər. Almaniyanın “Der Tagesspiegel” nəşrində çap edilən məqalədə qeyd edilir ki, Avropanın bir çox siyasi institutlarına qarşı ölkələr tərəfindən laqeyd münasibət hökm sürür. Məqalənin müəllifi olan Klaudia fon Zalçen yazır ki, 47 üzv ölkədən 318 deputatın olduğu Avropa Şurası Parlament Assambleyası yay sessiyasında miqrantlar və Macarıstanda demokratiyanın vəziyyəti ilə bağlı müzakirələr aparıblar: “Almaniyada bu məsələlər praktiki olaraq müzakirə olunmur. Bir vaxtlar Avropa Şurasında məsləhətçi olmuş politoloq Andre Hertel bildirir ki, Qərb demokratiyası insan hüquqlarından bezib.

“Bundestaqın üzvü olan Karin Ştrenç bir müddət əvvəl Azərbaycan dövlət başçısına dəstəyini ifadə edib. O, iclaslarda həmişə Azərbaycan tərəfinin təklif etdiyi düzəlişlərin xeyrinə səs verib. Son iclasda da Ştrenç Azərbaycanın əleyhinə olan qətnaməyə etiraz dib”


Hətta deputatlar arasında da AŞ PA-da işləmək populyar deyil”. Müəllif yazır ki. AŞ PA-da iclaslara qatılan deputatların sayı az olur. 2014-cü ilin rəqəmlərində üzvlərin 55 faizinin iclaslara qatıldığı qeyd edilib. Debatlarda iştirak edən deputatların sayı daha az olur. Klaudia fon Zalçen qeyd edir ki, Azərbaycan və Rusiya kimi ölkələr Avropa Şurasında çox fəallıq göstərirlər. Müəllif Azərbaycanın AŞ PA-da lobbi işi apardığını və bunun sayəsində alman deputat Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı qətnamənin qəbul edilmədiyini qeyd edib: “Rusiya və Türkiyədən olan deputatların Azərbaycana verdiyi dəstək sayəsində Ştrasserin hesabatı iflas oldu”. Müəllif yazır ki, AŞ PA-nın iclaslarına qatılan deputatların sayı həmişə az olur. Amma nədənsə son iclasda Azərbaycanla bağlı hesabat müzakirə edilərkən birdən-birə iştirakçı deputatların sayı artıb: “Yay sessiyalarında aparılan müzakirələr vaxtı iclaslara heç vaxt bu qədər deputat qatılmayıb”. Məqalədə qeyd edilir ki, hələ də AŞ PA-da Azərbaycanın tərəfdarları var: “Bundestaqın üzvü olan Karin Ştrenç bir müddət əvvəl Azərbaycan dövlət başçısına dəstəyini ifadə edib. O, iclaslarda həmişə Azərbaycan tərəfinin təklif etdiyi düzəlişlərin xeyrinə səs verib. Son iclasda da Ştrenç Azərbaycanın əleyhinə olan qətnaməyə etiraz edib”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Vyanada erməni terrorunun qurbanı olan diplomatların xatirəsi yad olunub
20.10.2019
Ukraynada erməni əsilli məmur vəzifəsindən istefa verib
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info