Pedaqoji kadrların peşəkarlığı yüksəldilməlidir
Tarix: 03.07.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutu respublika müəllimlərinə beynəlxalq seminar keçirir

Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan dövlət müstəqilliyini əldə edənə qədər respublikada elmi-pedaqoji kadrların hazırlanmasının əsas forması aspirantura idi. Prezidentin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün prioritet sahələrində olduğu kimi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gətirib çıxarıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi məsələlərinə toxunacağıq.
Qeyd edək ki, 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bir sıra mühüm qərarlar qəbul olunub. Elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə Prezident tərəfindən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi eyni zamanda tədrisi idarə edənlərin də pedaqoji biliyinin, çevikliyinin təmin olunması ilə bilavasitə bağlıdır. Təhsil sisteminin qarşısında duran müasir vəzifələri həll etmək, ümumi təhsilin keyfiyyətini lazımi tələblər səviyyəsində yüksəltmək üçün yaradıcı pedaqoji kadrların hazırlanmasına böyük ehtiyac yaranıb. Hazırda qloballaşan dünyada milli-mənəvi dəyərləri saxlamaqla müasir dünya təhsil sisteminə inteqrasiya yüksək peşəkarlığa, çevik düşüncə tərzinə malik pedaqoji kadrlar hazırlanmasını tələb edir. Bunun üçün pedaqoji kadrların təkcə ali təhsil almaları ilə kifayətlənmək olmaz.

“Məqsəd dünyada aparılan elmi tədqiqatlardan, qabaqcıl təcrübədən faydalanmaq, müəyyən əməkdaşlıq əlaqələrini qurmaq, bütün bunların reallaşdırılması üçün yollar axtarmaqdır”

Mütəxəssis nə qədər yüksək savadla ali məktəbi başa vursa da, 3-4 ildən sonra bu bilik ya unudulacaq, ya da dövrün artan tələbləri ilə ayaqlaşmayacaq. Bu mənada əlavə təhsilə, xüsusilə ixtisasartırmaya həmişə ehtiyac duyulur. Müasir dünyanın mütərəqqi yeniliklərini özündə əks etdirən təhsil daim dəyişir, inkişaf edir, yeniləşir. Bir neçə il ərzində öyrəndiyi bilikləri, qazandığı bacarıqları, istifadə etdiyi texnologiyaları dəyişən hər bir mütəxəssis özü də dəyişməli, inkişaf etməli, yeniləşməlidir. Məhz məqsədli ixtisasartırma da buna xidmət etmək üçün yaradılır.

Müəllimlərin peşəkarlığının artırılmasında beynəlxalq təcrübədən istifadə ediləcək
Elə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu (ARTPİ) respublikanın təhsil işçiləri üçün “Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan təhsil” mövzusunda ADU-nun akt zalında təşkil etdiyi beynəlxalq seminarda da bu məsələlərə toxunulub. Təhsil işçilərinin iştirakı ilə keçirilən seminarda ARTPİ-nin direktoru Qulu Novruzov öncə seminarı aparacaq xarici qonaqları salamlayıb. O, vətənimizdə keçirilən İlk Avropa Oyunlarının uğuru və idmançılarımızın qazandığı qələbələrini xatırladaraq hamını təbrik edib. Bu işdə ilk öncə respublika Prezidenti İlham Əliyevə və ilk Avropa Oyunlarının təşkilat kömitəsinin sədri xanım Mehriban Əliyevaya bir daha bu uğurlu günləri bizlərə yaşatdıqları üçün minnətdarlığını bildirib. Bu uğurun nəticəsi kimi, həqiqətən də Azərbaycan xalqının vahid bir komanda halında çalışaraq birliyinin möhkəm olduğunu xüsusi olaraq vurğulayıb. Qulu Novruzov sonra rəhbərlik etdiyi institutun fəaliyyətindən, ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan danışaraq tədbir iştirakçılarına və seminarı aparacaq xarici qonaqlara işlərində uğurlar arzulayıb. O, son aylarda institutda aparılan yerli və xarici seminarlar, görüşlər barədə məlumat verib. Məqsəd dünyada aparılan elmi tədqiqatlardan, qabaqcıl təcrübədən faydalanmaq, müəyyən əməkdaşlıq əlaqələrini qurmaq, bütün bunların reallaşdırılması üçün yollar axtarmaqdır. Direktor bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nında şəxsiyyətin formalaşması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsi göstərilib ki, məhz həmin məzmunda olan komponentləri, elementləri təhsilimizə gətirmək üçün beynəlxalq təcrübədən faydalanaraq müəlimlərin peşəkarlıqlarında yeniliklər etməliyik. Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov ARTPİ-nin rəhbərliyinə, xarici qonaqlara, azərbaycanın şəhər və rayonlarından gələn təhsil işçilərinə institutun rektoru adından salamlarını çatdırıb. Bugünkü seminarın gedişatına və hamıya uğurlar diləyib.

Xarici mütəxəssislərdən məruzələr
Danimarkanın Kopenhagen şəhərində yerləşən ESSE İnstitutunun direktoru, professor Marianna Meyer, direktorun müavini Petra Fon Kalinovski və institutun təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Anita Fridrix rəhbərliyə, seminara toplaşan iştirakçılara dəvətə və buraya toplaşanların isti münasibətinə görə təşəkkürlərini bildiriblər. ESSE İnstitutunun direktoru, professor Marianna Meyer rəhbəri olduğu institutun tarixi barədə geniş məlumat verib. O, 1987-ci ildə Danimarkanın Kopenhagen şəhərində yaradılmış İnstitutun əsas fəaliyyətinin müəllim hazırlığı ilə bağlı olduğunu bildirib. Çıxışında qeyd etdi ki, İnstitutda müəllimlər və tərbiyəçilər üçün mənəvi-əxlaqi dəyərlərin tədrisinə əsaslanan treninqlər, seminarlar keçirilir. Bir çox Avropa ölkələrində bu sahə üzrə ixtisaslaşan müəllim və təlimçilər yetişdirdiklərini, 1992-ci ildən başlayaraq ESSE İnstitutunun təlimçiləri Avropa, həmçinin MDB ölkələrinin müəllimləri, təlimçiləri ilə görüşlər keçirdiklərini vurğulayıb. O, bu görüşlərdə təlimçilərin təcrübə mübadiləsi apararaq təhsil sisteminin təkmilləşdirilməsi üçün birgə qərarlar qəbul etdiklərini söyləyib. Bu sahədə son tədqiqatların ümumbəşəri dəyərlərin iqtisadiyyat, idarəetmə, tibb və digər peşə sahələrinə inteqrasiyasına istiqamətləndiyini bildirib. Təqdimatın sonunda mövzuya uyğun videoçarx da nümayiş etdirilib. Məlumat üçün bildirək ki, ARTP-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq seminar dörd gün davam edəcək. Seminarın hər günü üçün Danimarkanın Kopenhagen şəhərindəki ESSE İnstitutunun direktoru, professor Marianna Meyer, direktorun müavini, Petra Fon Kalinovski və institutun təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Anita Fridrixin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Beynəlxalq təlimçilər seminar zamanı “Ümumbəşəri dəyərlərə əsaslanan təhsil: inteqral təhsil”, “Ümumbəşəri dəyərlərə əsaslanan təhsil fəlsəfəsi: “Edukea” konsepsiyası”, “Müəllim ümumbəşəri dəyərlərin nümunəsi kimi”, “Ümumbəşəri dəyərlər - sevgi, həqiqət, əxlaq, əmin-amanlıq, qeyri-zorakılıq”, “Edukea”üzrə yaradıcılıq məşğələsi”, “Təhsil sahəsində layihələr”, “Metodların xülasəsi”, “İnsan emalatxanası”, “Uşaqlar üçün layihə: mən kiməm”, “Ətraf mühit və sevgi mədəniyyəti” mövzularında məruzələrlə çıxış edəcəklər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info