Klinton 45 milyon dollara yaxın ianə toplayıb
Tarix: 03.07.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə iddialı olan ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton özünün seçkiqabağı kampaniyasında ehtiyaclarını ödəmək üçün artıq 45 milyon dollara yaxın ianə toplayıb.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə onun rəsmi nümayəndələri məlumat yayıb. Vəsaitin toplanmasına aprel ayının ortalarından - Hillari Klintonun rəsmi olaraq ilk dəfə prezident postuna iddiasını səsləndirdiyi vaxtdan etibarən başlanıb. "New York Times" qəzetinin fikrincə, yığılan bu məbləğ ali dövlət postuna namizədlər arasında keçmiş dövlət katibinin yüksək nüfuzundan və demokratlar arasında aparıcı rolundan xəbər verir. Seçkiqabağı kampaniyaya başlayan siyasətçilər arasında hələ ki, heç bir namizəd bu qədər ianə toplaya bilməyib. Qeyd edək ki, keçən prezident seçkiləri ərəfəsində Barak Obama həmin müddət ərzində bundan bir neçə milyon dollar az vəsait toplamışdı. CNN televiziya kompaniyası və ORC tədqiqatlar xidmətinin apardığı sosioloji sorğunun nəticələrinə əsasən hazırda Hillari Klinton, həmçinin Florida ştatının keçmiş qubernatoru Ceb Buş 2016-cı ildə ABŞ-da keçiriləcək prezidentlik postuna namizədlər arasında daha çox populyarlıq qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
İsveçdə pensiya yaşı artırılır
20.10.2019
Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info