Avropa Liqasının qalibi Azərbaycanda oynayacaq
Tarix: 03.07.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasında mübarizə aparacaq “Telekom”, heyətini gücləndirməkdə davam edir. Bakı təmsilçisi bolqarıstanlı Mariya Filipovanın ardınca Çexiya millisinin toppaylayıcısı Lusi Mulsteynovanı da rənglərinə bağlayıb.
31 yaşlı təcrübəli voleybolçu Polşanın “Aluprof” klubundan transfer olunub. 181 sm boya malik Mulsteynova ilə 1 illik müqavilə imzalanıb. Lusi peşəkar karyerasına vətənində başlayıb. 2007/2008 mövsümündə Bratislava “Doprastav”inda özünü yaxşı tərəfdən göstərən və ölkə çempionu adını qazanan toppaylayıcı ardınca legioner həyatı yaşamağa başlayıb. 2008/2009 mövsümündə Polşa “Bialistok”un formasını geyinən Mulsteynova daha sonra Yunanıstana yollanıb. Burada “Olimpiakos”un (2009/2010) şərəfini qoruyan Lusi ölkə kuboku ilə yanaşı, çempionatın gümüş medalına da yiyələnib. 2010-cu ildə yenidən Polşaya qayıdan çexiyalı burada “Tauron” (2010/2011), “Bialistok” (2011/2012), “Ximik” (2012-2014) və “Aluprof” (2014/2015) klublarının uğuru üçün çalışıb. O, 2014-cü ildə Polşa çempionu titulunu qazanaraq, ölkə kubokunu da başı üzərinə qaldırıb. Mulsteynovanın yığma karyerasına gəlincə, burada da inamlı oyunu ilə diqqət mərkəzində olub. O, 2012-ci ildə Çexiya millisi ilə Avropa Liqasının qızıl medalına yiyələnib. Qeyd edək ki, daima 11 nömrəli forma geyinən Mulsteynovanın transferi ilə “Telekom”dakı oyunçuların sayı 12-yə çatıb. Ondan öncə Xiselye Əzimli, Vilma Alışanova, Kristina Yaqubova, Marqarita Əzizova, Yelizaveta Səmədova, Olena Həsənova, Yoana Mahmudova, Ana Priyeva, Yana Əzimova (hamısı Azərbaycan), Mariya Filipova və Xristina Rusevanın (hər ikisi Bolqarıstan) yeni mövsümdə burada oynayacağı dəqiqləşmişdi.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Liverpul“ və “Çelsi“ uduzdu
17.09.2019
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17.09.2019
Çempionlar Liqasında qrup mərhələsi başlayır
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info