Bob Bləkmən: “Xocalı soyqırımı Azərbaycana qarşı böyük ədalətsizlikdir”
Tarix: 03.07.2015 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Londonda “Xocalı: Ermənistanın müharibə cinayətinin təsdiqi” kitab-məcmuəsinin təqdimatı olub

Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniya parlamentində “Xocalı: Ermənistanın müharibə cinayətinin təsdiqi” kitab-məcmuəsinin təqdimatı olub.
Tədbirdə çıxış edən Britaniya parlamentinin üzvü Bob Bləkmən Xocalı faciəsi haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrinə indiyədək əməl edilmədiyini bildirən deputat Xocalı soyqırımını Azərbaycana qarşı böyük ədalətsizlik adlandırıb.
B.Bləkmən Xocalı hadisələri haqqında hüquqi sənədlərin qeydiyyatı və arxivdə saxlanılması baxımından kitab-məcmuənin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bu ədalətsizliyi ermənilərin özlərinin də qəbul etdiyini deyən səfir hətta Ermənistanda rəsmi olaraq nəşr edilən kitablarda Xocalıda törədilən vəhşiliklər müzakirə edilir, əliyalın əhalinin amansızlıqla qətlə yetirilməsindən bəhs olunur. Səfir bu vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılmasının dünyada bir daha belə hadisələrin baş verməməsi baxımından böyük önəm kəsb etdiyini bildirib. Diplomat kitab-məcmuənin hüquqi baxımdan əhəmiyyətini vurğulayıb, layihənin təşkilatçılarına minnətdarlığını ifadə edib. T.Tağızadə deyib: “Dağlıq Qarabağ problemi bizim əsas məsələmizdir. Münaqişə ədalətli həllini tapana qədər ölkəmiz üçün ən vacib məsələ olaraq qalacaq”. Kitabın redaktoru İan Peart bu nəşrin ərsəyə gəlməsində görülən işlər haqqında məlumat verib. İ.Peart Xocalı soyqırımı haqqında rəsmi sənədləri araşdırarkən faciə barədə dəhşətli faktlarla qarşılaşdığını deyib. O, Azərbaycana qarşı bu cinayəti törədənlərin tezliklə layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu bildirib. “Links” araşdırma mərkəzinin direktoru Dennis Sammut beynəlxalq hüquq normalarına əsasən Xocalı faciəsinin bir cinayət olduğunu deyib. Bildirib ki, əliyalın əhaliyə divan tutulması, yurd-yuvalarından didərgin salınması insanlığa sığışmayan bir hərəkətdir. O, kitab-məcmuənin bu gerçəkliklərin bir araya toplanması və dünya ictimaiyyətinə çatdırılması baxımından vacib olduğunu vurğulayıb. Sonda iştirakçıların sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info