Şahin Mustafayev: “ Dünya Bankı ilə əlaqələr genişlənib”
Tarix: 03.07.2015 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
Nazir Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, layihələrin icrasında qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən Şahin Mustafayev hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılıb. Artıq 35 layihə başa çatıb, 16 layihənin icrası isə davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımından əhəmiyyətlidir.
Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı, Sumqayıt, Mingəçevir sənaye parkları, Neftçalada sənaye məhəlləsi, sənaye parklarında və məhəllələrində tətbiq olunan güzəştlər barədə məlumat verən nazir Şahin Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bildirib.
Nazir Şahin Mustafayev Dünya Bankı ilə əməkdaşlığın inkişafında Henri Keralinin səmərəli fəaliyyətini qeyd edib, göstərdiyi səylərə görə təşəkkür etmiş, gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, cənab Keralinin Cənubi Qafqaz ölkələri üzrə regional direktor işlədiyi 3 il ərzində Dünya Bankı ilə əlaqələr daha da genişlənib, 600 milyon dollar həcmində 6 layihə maliyyələşdirilib.
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Kerali qəbula görə təşəkkür etmiş, uğurlu əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Azərbaycanda Dünya Bankı ilə əlaqələrə böyük önəm verildiyini vurğulayan cənab Kerali bu nüfuzlu maliyyə institutunun ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyinə əminliyini bildirib.
Görüşdə, həmçinin, növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, sənaye parklarında məsləhət xidmətlərinin göstərilməsi, turizmin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır
18.09.2019
İslahatlar 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info