“Bakı-2015”-ə möhtəşəm hazırlıq görülmüşdü”
Tarix: 03.07.2015 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


“Azərbaycan möhtəşəm ölkədir. Mən ilk dəfə oluram burada və azərbaycanlılardan böyük qonaqpərvərlik, dostluq və qeyri-adi səmimiyyət gördüm”. Bu sözləri Almaniyanın “Sport1” portalının jurnalisti Julian Meissner qəzetimizə bildirdi.
Onun sözlərinə görə, Azərbaycan “Bakı-2015”-ə ev sahibliyi etməklə üzərinə böyük məsuliyyət götürmüşdü: “Hesab edirəm ki, Azərbaycan bu sınaqdan uğurla çıxdı. Bu cür böyük tədbirlərin keçirilməsi üçün təşkilatçıların böyük təcrübəsi olmalıdır. Azərbaycan gənc dövlət olmasına baxmayaraq, belə bir tədbirin keçirilməsini çox uğurla həyata keçirdi. Mən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etdim. Möhtəşəm hazırlıq görülmüşdü. Bu tədbir Olimpiya Oyunlarında heç də geri qalmırdı. Azərbaycan bu Oyunlarla bir örnək oldu. Növbəti ölkələrdə keçiriən Avropa Oyunlarında Azərbaycanın təcrübəsindən yararlanmaq olar”.
Julian Meissner dedi ki, “Bakı-2015”-də idmançılar və jurnalistlər üçün hər bir rahatçılıq yaradılmışdı: “Media kəndində jurnalistlər həm rahat qalırdılar, həm də işlərini görürdülər. Jurnalistlər üçün burada geniş iş otağı yaradılmışdı. Hətta jurnalistlərə asudə vaxtlarını səmərəli keçirmək üçün də yerlər ayrılmışdı”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir
13.09.2019
“Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək“
13.09.2019
Əflatun Amaşov: Münaqişə zonalarında jurnalistlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir
13.09.2019
“İrana qarşı sanksiyalar davam etdiyi bir müddətdə ABŞ-la danışıqların mənası yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info