“Avropa Oyunları təşkilatçılıq səviyyəsinə görə ən yaxşı idman tədbirlərindən biridir”
Tarix: 03.07.2015 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


“Mən idmançılarımızla bir yerdə Sidney, Pekin, London, Sinqapur çempionatlarında və lap bu yaxınlarda isə Bakıda çıxış etmişəm. Təşkilatçılıq səviyyəsinə görə birinci Avropa Oyunlarını ən yaxşı idman tədbirlərindən biri adlandırmaq olar”.
Bu fikri boks üzrə Litva yığmasının məşqçisi Vladimir Bayevas söyləyib. Onun sözlərinə görə, Atletlər Kəndi ən yüksək səviyyədə təşkil edilib, yaşamaq üçün ideal şərait yaradılıb, idmançılar dadlı yeməklər və rahat avtobuslarla təmin olunub. V.Bayevasın yetirmələri Avropa Oyunlarında 5-ci və 9-cu yerləri tutublar. Belə miqyaslı çempionatda ilk dəfə iştirak edən və 5-ci yeri tutan ağır çəkili (91 kq) atlet Mantas Valaviçis fərqlənib. Litvalı məşqçi Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşərək deyib: "Demək olar, hər il Bakıda keçirilən Dünya çempionatlarında iştirak etmişəm. Sonuncu dəfə biz boks üzrə "Böyük İpək Yolu" Beynəlxalq turnirində iştirak etmişik". V.Bayevas deyib ki, hər dəfə gələndə paytaxtın simasının necə dəyişdiyini görür. Sahil bağı çox xoşuna gəlir və oranı paytaxtın ən gözəl yerlərindən biri hesab edir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“Çinin Uyğur Türklərinə etdiyi təzyiq siyasətinə reaksiya göstərilməlidir“
23.09.2019
Azərbaycanın bugünkü uğurlarında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info