ABŞ-ın Merilənd Universitetinin professoru “Azərkosmos” ASC-də olub
Tarix: 03.07.2015 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Kosmik Məsələlər üzrə Şuranın sədri və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun uzun illər direktoru olmuş və hazırda ABŞ-ın Merilənd Universitetinin professoru, akademik Roald Zinnuroviç Saqdeyev “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib. Görüş zamanı akademiklərə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər, ƏYPİM-in fəaliyyəti və şirkətdəki kadr hazırlığı barədə geniş məlumat verilib.
Qafqazın ilk peyk operatoru olan “Azərkosmos”un formalaşmasında, eləcə də ölkəmizdə kosmik proqramın inkişafı sahəsində dəyərli rolu olmuş akademik Arif Paşayev “Azərkosmos”un fəaliyyətindən məmnun olduğunu qeyd edib və şirkətin gələcək fəaliyyətinə dair tövsiyələrini bildirib. Akademik Saqdeyev də göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2020
ABŞ-da son gündə COVID-19-dan 1 123 nəfər vəfat edib
17.09.2020
“Türkiyənin şantaja baş əyməyəcəyi başa düşüldü“
17.09.2020
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
17.09.2020
Prezident Ərdoğan Makrona reaksiya verib
17.09.2020
Kanadada avtomobil 9 piadanı vuraraq hadisə yerindən yayınıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11600

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 6500-dən çox şəxsin əsassız əlillik təyinatı ləğv edilib
3 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
4 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
5 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info