Nazirlik: “Avropa Oyunları Azərbaycan turizmini bir neçə ilə irəli atacaq”
Tarix: 03.07.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


"Turizm sənayesi ilə bağlı apardığımız ilkin təhlillər göstərir ki, Avropa Oyunları Azərbaycan turizmini bir neçə ilə irəli atacaq". Bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib. Onun sözlərinə görə, iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları Azərbaycan turizminin ən yüksək səviyyədə təbliğatına xidmət edib: “Avropa Oyunlarının yalnız açılış mərasimi 93 ölkəyə yayımlandı və mərasimi 1 milyarddan çox insan izlədi. Maraqlısı odur ki, internetdə “google” axtarış sistemində son 1 ildə Azərbaycana 33 milyon dəfə baxılıb. Onun təxminən 70 faizi Avropa Oyunlarından bir ay öncədən bu yana təsadüf edir. Bu statistika özü artıq çox şeyi ifadə edir. Digər tərəfdən, Azərbaycana gələn idmançılar, jurnalistlər, digər xarici qonaqlar özləri artıq potensial turist idilər. Şükürlər olsun, biz artıq bunun məntiqi nəticəsini görürük. Ölkədən gedən və hələ də ölkəmizdə qalan əcnəbilər Azərbaycan, insanlarımız, qonaqpərvərliyimiz haqqında yüksək fikirdədirlər. Düşünürük ki, biz bunun uğurlarını bu ilin sonunda qış turizmi və ya növbəti yay turizmi mövsümündə görəcəyik”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info