18 nəfər sağlamlıq imkanları məhdud gənc Oyunlarda könüllü kimi iştirak edib
Tarix: 03.07.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirmiş 18 nəfər sağlamlıq imkanları məhdud gənc “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi iştirak ediblər. Həmin gənclər Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlara layiq görülüblər.
Onlar ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan bu möhtəşəm idman bayramında könüllü gənclər arasında olmalarından və tapşırılan vəzifələri göstərilən etimada layiq şəkildə yerinə yetirmələrindən sonsuz şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar. Bu böyük idman tədbirində könüllü kimi öz əməyini sərf etmək həmin sağlamlıq imkanları məhdud gənclərdə öz güclərinə, potensiallarına inam hissini xeyli artırmaqla və böyük təcrübə qazandırmaqla onlara gələcək həyatlarında daim özünü doğrultmaq, uğur qazanmaq üçün güclü bir stimul verib.
Mərkəzdə peşə təlimi keçən gənclərin “Bakı-2015” açılış və bağlanış mərasimlərini, canlı şəkildə izləmələri, mütəmadi olaraq yarışlarda tamaşaçı kimi iştirak etmələri də təmin edilib. Yarışlarda Azərbaycan yığmasının qazandığı mühüm tarixi nailiyyətlər, xüsusən paracüdoçularımızın uğurları, o cümlədən ikiqat paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin parlaq qələbəsi onlara sonsuz sevinc və fərəh hissi bəxş edib. Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşə və sənət növləri üzrə təlim kursları təşkil edilməklə bərabər, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək paralimpiyaçı gənclərin idmanın müxtəlif növləri üzrə hazırlıq keçmələri də təmin olunur. Bu ilin ötən dövründə 29 nəfər paralimpiyaçının burada məşq prosesini keçmələrinə şərait yaradılıb.
2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təkcə cari ilin 6 ayında 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib. Həmin gənclərdən 183 nəfəri bu ilin ötən dövründə kurslara cəlb edilib. Gənclər burada kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə bilik və bacarıqlara yiyələniblər. Onlardan 144 nəfəri artıq kursları başa vurub və onlara peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilib, digər gənclərin isə peşə təlimi kursu davam edir.
Gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Onların sosial reabilitasiyası, müxtəlif mədəni- kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili və s. istiqamətlərdə də məqsədyönlü işlər aparılır.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?
25.09.2020
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
25.09.2020
İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir
23.09.2020
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
22.09.2020
Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar - Fotolar

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info