“Ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizədə gənclərin iştirakı”
Tarix: 03.07.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizədə gənclərin iştirakı” adlı layihənin icrasına başlanılıb. Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən layihənin məqsədi Xaçmaz rayonunda gələcək nəsillərin hüqüqlarına və maraqlarına təsir edən məsələ - ətraf mühit məsələləri üzrə qərarlar qəbul edilməsində gənclərin iştirakı məsələlərinə həsr edilib. Bundan başqa gənclərin iştirakı ilə aparıcı mütəxəssislər cəlb olunmaqla təlimlər təşkil olunacaq, ətraf mühitlə bağlı qərarların qəbul edilməsində gənclərin iştirakı ilə bağlı beynəlxalq və milli qanunvericiliklər təhlil olunacaq. Qeyd edim ki, layihə 1 may 2015-ci il tarixindən 1 avqust 2015-ci il tarixinədək Xaçmaz rayonunda həyata keçiriləcək.
Layihədə ətraf mühitlə bağlı planların, proqramların və konkref fəaliyyətlərin təsir dairəsi altına düşən ərazidə yaşayan və layihəyə cəlb olunan gənclər və digər ictimayyət nümayəndələri faydalanacaqlar. Yaş həddi əsasən 15-25 yaşları əhatə edəcəkdir. Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində gənclərin iştirakı ilə bağlı mərkəzi nəşrlərdə çıxışlar vasitəsilə daha şox gənclərin əhatə olunması nəzərdə tutulur. Qeyd edək ki, bu layihə təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ilə növbəti birgə layihəsidir. Təşkilat bundan əvvəl "Şimal regionunda erkən nigah problemlərinin araşdırılması və maarifləndirici treyninqlərin keçirilməsi", "Sağlam milli mənəvi dəyərlərimizə əsaslanan ailə institutunun formalaşmasına dəstək üçün ictimai müzakirələrin təşkili", “Qaçqın, məcburi köçkün və imkansız ailələrdən olan qadınlar üçün peşə hazırlığı kurslarının təşkili”, " Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin psixo-sosial reabilitasiyası " adlı layihələrini uğurla başa çatdırıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info