“İdman sağlamlıqdır” layihəsi
Tarix: 03.07.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Cavadova Əfsanə Gündüz qızı Fondun dəstəyi ilə həyata keçirdiyi “İdman sağlamlıqdır” – gənclik festivalı!” layihəsi davam edir. Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etməklə region gənclərinin idman və kütləvi bədən tərbiyəsi vasitəsilə zərərli vərdişlər barədə maarifləndirilməsidir. Layihənin məqsədinə çatmaq üçün aşağıdakı vəzifələr həyata keçirilir: Zərərli vərdişlərə qarşı mübarizə aparmaq və sağlam həyat tərzini təbliğ etmək üçün təlimlərin keçirilməsi. Posterlərin və bukletlərin hazırlanması və Şabran rayonunda yaşayan gənclər arasında paylanılması. Şabran rayonunda riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə və zərərli vərdişlərə qarşı mübarizədə onları idmana cəlb etmək, kənd icmalarında gənclərin idmanda iştirakını artırmaqla, onların fiziki və əqli inkişaflarına töhfə vermək üçün mübarizədə “İdman sağlamlıqdır” devizi altında Gənclik Festivalını keçirmək. Festivalın mümkün qədər daha çox gənci əhatə etməsidir.
Layihə 5 may- 5 avqust tarixlərində, Şabran rayonunda keçirilir. Layihənin həyata keçirilməsi zamanı gənclərin maarifləndirilməsi üçün əsasən təlimlərdən istifadə olunur. Layihə iştirakçılarının sayı 30 nəfərdir.
Onu da qeyd edim ki, layihə çərçivəsində layihəyə cəlb olunanlar zərərli vərdişlər, narkomaniya bəlasının acı nəticələri haqqında məlumat alacaqlar. Müasir tibbi nailiyyətləri ilə yanaşı milli-mənəvi dəyərlərimizin, tarixi ənənələrimizin yaxşı cəhətlərindən bəhrələnərək idmanla sağlam qalma və daha yaxşı həyat üçün mübarizə aparmağı öyrənəcəklər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info