Nazir startapçılarla görüşüb
Tarix: 03.07.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Startap Azərbaycan” yarışmasının qalibləri və iştirakçıları ilə görüş keçirilib. Görüşün əsas məqsədi ölkədə Startap hərəkatının genişlənməsi və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparmaq olub.Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startapçılar da iştirak ediblər. Nazir Əli Abbasov İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrant şəklində maliyyə dəstəyinin həyata keçirilməsindən bəhs edib Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib.Tədbirdə Fondun elan etdiyi 1-ci və 2-ci qrant müsabiqələrinin qalibi olmuş layihələr barədə təqdimatlar keçirilib, Fond haqqında video təqdimat nümayiş olunub. Görüşün sonunda startap layihələr tərəfindən İKT sahəsində sahibkarlığın inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması sahəsində qrant müsabiqələri keçirir. Belə ki, elan ediləcək növbəti qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn qeydiyyatdan keçərək öz layihələrini təqdim edə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Mərkəzi Afrika Respublikasında 23 döyüşçü həlak olub
14.09.2019
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14.09.2019
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14.09.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info