Rusiya və Çin ABŞ-ın “rəngli inqilab” siyasətinə qarşı birgə mübarizə aparacaq
Tarix: 04.07.2015 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Pekinin qəbul etdiyi yeni sənədə mütləq suverenitet, milli maraqlara olan təzyiqlər və “rəngli inqilab”lara qarşı sərt mübarizə daxil edilib
Çin Xalq Respublikası milli təhlükəsizliklə bağlı yeni sənəd qəbul edib. Sənədin əsas məqsədi “Çin xalqının əsas maraqlarını” qorumaqdır. Son 20 ildə ilk dəfə olaraq sənəddə xarici və daxili siyasətin konturları qeyd edilib. Pekin “əsas maraqlara” mütləq suverenitet, milli maraqlara olan təzyiqlər və “rəngli inqilab”lara qarşı sərt mübarizəni daxil edib. Sənəd artıq Çin parlamentində qəbul edilib.
“Vzqlyad” nəşri yazır ki, parlamentin qəbul etdiyi sənəd ancaq Çin dövləti rəhbərinin təsdiqindən sonra qüvvəyə minəcək. Ekspertlər Çin Xalq Respublikasının sədrinin sənədi təsdiq edəcəyinə şübhə etmirlər. “Bu gün ölkəmiz milli təhlükəsizliklə bağlı ciddi təhdidlərlə qarşı-qarşıyadır. Bir tərəfdən dövlət suverenliyini, inkişaf maraqlarını qorumaq və təhlükəsizliyi təmin etmək, digər tərəfdən ölkə daxilində siyasi və sosial stabilliyi təmin etməliyik”- deyə Çin Dövlət Şurasının şöbə rəhbəri U Xao “Sinxua” agentliyinə açıqlamasında deyib. O, qeyri-ənənəvi təhlükəsizlik problemlərinin artdığını da sözlərinə əlavə edib. Rəsmi Pekin üçün əsas təhlükəsizlik çağırışları Cənub-Çin dənizindəki ərazi məsələləri, Uyğur muxtar rayonundakı qeyri-stabil vəziyyət və ABŞ hərbi dəniz qüvvələrinin regionda fəallaşmasıdır. Rəsmi Pekin dəfələrlə açıqlayıb ki, Çin kiberterrorçuların əsas hədəfində olan dövlətlərdən biridir. Sənəddə qeyd edilən “əsas maraqlar”ın ana xəttini ərazi bütövlüyünü qorumaq təşkil edir. Parlamentin qəbul etdiyi sənəd təhlükəsizliyin bütün sferalarını tənzimləyəcək. Suverenlik və ərazi bütövlüyünün qorunması, xarici qüvvələrin əli ilə ölkə ərazisində yaradılmağa cəhd edilən separatçı qüvvələrə qarşı sərt mübarizə, dövlət sirrinin yayılmasının qarşısının alınması əsas təhlükəsiz məsələləri kimi qeyd edilib. Çin dövləti internet məkanda təhlükəsizliyin təminatına xüsusi diqqət ayıracaq.


“Çin dövləti internet məkanda təhlükəsizliyin təminatına xüsusi diqqət ayıracaq. Ölkənin kibertəhlükəsizliyinin təmin edilməsi yeni sənəddə də əksini tapıb. Pekin hakimiyyəti internet məkanda fəaliyyətin şəffaf olmasını tələb edir. Qərb dairələrinin tənqidlərini qəbul etməyən Çin rəsmiləri bildirirlər ki, internet məkanda təhlükəsizliyin təmi edilməsi ölkənin milli maraqlarının qorunmasına xidmət edir”

Ölkənin kibertəhlükəsizliyinin təmin edilməsi yeni sənəddə də əksini tapıb. Pekin hakimiyyəti internet məkanda fəaliyyətin şəffaf olmasını tələb edir. Qərb dairələrinin tənqidlərini qəbul etməyən Çin rəsmiləri bildirirlər ki, internet məkanda təhlükəsizliyin təmin edilməsi ölkənin milli maraqlarının qorunmasına xidmət edir. Rusiyalı professor Vadim Kozyulin qeyd edib ki, Çinin milli təhlükəsizliklə bağlı sənədində informasiya təhlükəsizliyinə böyük yer ayrılması diqqətçəkən məqamdır: “Ümumilikdə, Rusiya və Çinə qarşı olan təhdidlər oxşar olduğundan hazırlanan strategiyalarda təxminən eyni problemlər yer alır”. Rusiya Elmlər Akademiyasının Çin üzrə mütəxəssisi Andrey Ostrovskiy qeyd edib ki, Pekin təhdidləri iki yerə ayırıb-ənənəvi və qeyri-ənənəvi. Ekspert qeyd edir ki, Çin artıq dünya siyasətində əsas söz sahiblərindən birinə çevrildiyindən qeyri-ənənəvi təhdidlərlə qarşılaşır: “Çinlilər artıq internet-təhlükəsizliyi və “rəngli inqilab”lara qarşı mübarizəyə xüsusi diqqət göstərməyə başlayıb. Çində baş verən son bir neçə böyük çaxnaşmaların hamısı internet vasitəsilə ABŞ-ın əli ilə həyata keçirilib. ABŞ internet vasitəsilə Çində “rəngli inqilab” törətməyə cəhd edib”. Rusiya və Çin ABŞ-ın “rəngli inqilab” siyasətinə qarşı birgə mübarizə aparacaq. May ayının 25-də Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevlə çinli həmkarı Yan Çzeçi arasında görüş keçirilib. Onların görüşünün sonunda qəbul edilən sənəddə deyilir: “Dövlətlər bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, ictimai-siyasi sistem seçiminə və inkişaf yoluna hörmət etməlidir. Dövlətlərin bir-birindən daxili işlərinə müdaxilə etməsi və öz iradələrini məcburən başqasına qəbul etdirməsi yolverilməzdir. Rusiya və Çin çoxqütblü dünya, beynəlxalq hüququn üstünlüyü və beynəlxalq münasibətlərin demokratikləşməsi istiqamətində işləməyə hazırdırlar. Böyük-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər dünya beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvləridir. Biz, ədalətli dünya düzəni yaradılması istiqamətində işi davam etdirəcəyik”. Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bir müddət əvvəl bəyan etmişdi ki, Rusiya və Çin “rəngli inqilab”lara qarşı mübarizə üçün birgə səylər göstərəcəklər. Moskva və Çin əmindir ki, heç bir dövlət bu təhlükədən sığortalanmayıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info