BVF Ukraynanın kənd təsərrüfatını məhv etməyə hazırlaşır
Tarix: 04.07.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Ukraynaya təzyiq göstərin Beynəlxalq Valyuta Fondu ölkə fermerlərini milyard qrivenlik vergi güzəştindən məhrum etməyə çağırıb.
BVF əmindir ki, ukraynalı fermerlər dövlət dəstəyi olmadan belə, keçinə bilərlər. Təbii ki, bu, Vaşinqton və Brüsselin ikili standartlar siyasətinin bariz nümunəsidir. Axı, həm Amerikada, həm də Avropa Birliyi ölkələrində fermerlərə görünməmiş dövlət dəstəyi göstərilir. Beynəlxalq Valyuta Fondu Ukraynadan faktiki olaraq öz kənd təsərrüfatını məhv etməyi tələb edir. Bu günə qədər Ukrayna dövləti ilə yanaşı, ölkənin Milli Bankı da BVF-nin bütün tapşırıqlarını etiraz etmədən həyata keçirib. Fondun tələblərindən biri kimi - ölkənin kənd təsərrüfatı istehsalçılarının güzəştli vergilərdən məhrum edilməsidir. Qeyd edək ki, BVF-nin Ukraynadakı daimi nümayəndəsi Jerom Vaşenin bildirdiyinə görə, bu, fond ilə Ukrayna arasında əməkdaşlıq üçün ilkin şərtlərdən biridir. Onun sözlərinə görə, gələn ilin yanvarında BVF ilə imzalanacaq memoranduma əsasən, ukraynalı fermerlər güzəştli ƏDV dərəcələrindən tamamilə məhrum edilərək tam vergi ödəməli olacaqlar. Xatırladaq ki, hazırda onlara güzəşt tətbiq edilir . 1998-ci ildən fəaliyyətdə olan güzəştli vergi rejiminə kənd təsərrüfatı fondları tərəfindən sabit kənd təsərrüfatı vergisi , ƏDV-nin toplanması daxildir. Lakin BVF-nin nümayəndəsinin iddialarına görə, fermerlər üçün güzəştli vergilərin ləğvi ölkənin istehsal etdiyi kənd təsərrüfatı məhsullarına ziyan vurmayacaq. Vaşe fikrini əsaslandırmaq üçün Çili və Yeni Zelandiyanı nümunə üçün göstərir və iddia edir ki, bu ölkələrdə kənd təsərrüfatına subsidiya ayrılmır və ayıralsa belə, çox cüzi miqdarda ayrılır. Göründüyü kimi, BVF-nin benefisiarlığı ilə ABŞ və AB tərəfindən həyata keçirilən bu addım ikili standartların nümunəsidir. Axı, AB və ABŞ-da kənd təsərrüfatı istehsalçılarına belə münasibət göstərilmir. AB və ABŞ-ın dövlət dəstəyi sayəsində həmin ölkənin fermerləri dünyanın aparıcı aqrar oyunçularına çevriliblər. Təsadüfi deyil ki, Avropa Birliyi ölkələri 2013-cü ilə qədər kənd təsərrüfatına dəstək kimi hər il 50-60 milyard avro xərcləyib. Təəccüblü deyil ki, dövlət büdcəsini saxlamaq üçün vergi güzəştlərindən məhrum olacaq ukraynalı fermerlər küçələrə çıxmaq məcburiyyətində qalıblar. Onlar artıq Ali Radanın qarşısında aksiya keçiriblər. Amma nümayişçilərin müsbət nəticə əldə edəcəyi inandırıcı görünmür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır
26.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO
26.09.2020
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
25.09.2020
Ermənistanda kənd sakinləri “Qazprom“un əməkdaşlarına hücum edib
24.09.2020
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info