Ermənistanda Avropa tərəfdarları döyüldü
Tarix: 04.07.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Epress”: “Avrointeqrasiya tərəfdarları ilə Avropanın əleyhdarları arasında ciddi qarşıdurmalar baş verib”

Ermənistanda davam edən etiraz aksiyalarında xaos və zorakılıqlar getdikcə artmaqdadır. Bu dəfə artıq Ermənistan cəmiyyətində avrointeqrasiya tərəfdarları ilə Avropanın əleyhdarları arasında ciddi ixtilaflar və qarşıdurmalar baş verib. Bu barədə “Epress” yazır. Xəbər verilir ki, Ermənistanda avropayönlü nümayişçilərə hücum edənlər aqressivlikləri ilə fərqləniblər.
Qeyd edilir k, gecə vaxtı etirazçılarla örtülmüş Baqramyan prospekti ilə Milli Birlik partiyasının lideri, Paruyr Ayrikyan və sovet dissidentləri başda olmaqla, Ermənistan və Avropa Birliyinin bayraqları olan təntənəli yürüş olub.
Yürüş barrikadalara qədər davam edə bilməyib, çünki “Yalnız üç rəng - Bu Ermənistandır, Avropa deyil”, deyə qışqıran aqressiv gənclərin hücumuna məruz qalıb. Gənclər Avropa bayraqları tutmuş qadın və kişilərə hücum edərək, onları kötəkləyiblər, əllərindəki bayraqları zorla alaraq sındırıblar. Gənclərin bir qrupu hücum edib, digər qrup isə dava yaratmamağa çağırıb və qışqırıblar ki, bu təxribatdır, kənara çəkilmək lazımdır.
Sonra isə qruplar bir-birini əvəz edib. Bu dəfə kütləni sakitləşdirənlər hücum ediblər, əvvəlki situasiyada aqressiv olanlar isə “təxribata uymamağa” çağırıblar: “Burada telekameralar var, təsəvvür edirsinizmi, onlar bizim haqqımızda çəkiliş aparacaqlar”.
Döyülənlər isə qeyd ediblər ki, İnsan Haqları ilə bağlı Avropa Məhkəməsi həmişə Ermənistanda ədalətə nail olmaq istəyən vətəndaşlar üçün son ümid yeri olur. Hücuma məruz qalanlardan bir neçəsi hücum edənləri “KQB-şnik” adlandırıblar. Hücum edənlər “Biz heç Avropanın vecinə də deyilik” deyə qışqırıblar.
Ayrikyan tərəfdarlarının paylaya bilmədikləri vərəqələrdə isə yazılıbmış ki, “Ermənistan sivil dünyanın bir hissəsi olmalıdır, Avropa strukturları isə bu gün vəhşilikləri sevənlərin, o cümlədən Ermənistan hakimiyyətinin qarşısını almaqdadırlar”.
Etiraz yürüşünün lideri Paruyr Ayrikyan qeyd edib ki, polis özbaşınalıqları ilə üzləşən bu etirazın iştirakçıları Avropa məhkəməsinə müraciət edirlər. Bayraqların yığıldığı yerdə yarım saatdan artıq toqquşmalar və dava-şava olub, qruplar bir-birilərinə hücum çəkiblər. Nəyə görəsə həmin gənclər çox asan bir şəkildə avrointeqrasiya tərəfdarlarına hücum ediblər.
O da qeyd edilir ki, polis toqquşmalarda yaxasını kənara çəkib: “Maraqlıdır ki, bu akt polis müdaxiləsinə tuş gəlməyib. Bütün bunlara baxmayaraq, ictimaiyyət nümayəndələri aksiyada möhkəm dayanırlar. Etirazın təşəbbüsçüləri və millətçi qrupların nümayəndələri aksiyanı tərk edəndən sonrakı günlər ərzində onlar müzakirələr təşkil edir, tematik komitələrə bölünür, çağırış vərəqələri formalaşdırmağa çalışırlar. Belə bir məqamda isə onlara qarşı hücumlar təşkil edilməsi və dava-şavanın düşməsi yalnız başısoyuqluqdur”.
Göründüyü kimi, Ermənistanda 3 həftədən artıqdır davam edən etiraz aksiyaları artıq yeni mərhələyə qədər qoyub. Belə ki,artıq aksiya iştirakçıları arasında təfriqələr və qarşıdurma getdikcə güclənir. Avrointeqrasiya tərəfdarları və əks tərəf arasında baş verən qarşıdurmalar da bunu göstərir. İstisna deyil ki, aksiyaların davam etdiyi qarşıdakı müddət ərzində onlar arasında daha amansız qarşıdurmalar baş verəcək. Bu isə Ermənistan cəmiyyətində xaos və zorakılıqların daha da artmasına səbəb olacaq. Belə ki, hökumətin aksiya iştirakçılarına qarşı tətbiq etdiyi zorakılıqlara əlavə olaraq, indi aksiya iştirakçılarının bir-birilərinə qarşı zorakılıqları baş verməkdədir. Bu isə situasiyanı daha da mürəkkəbləşdirir. O da istisna deyil ki, Ermənistandakı aksiyalar güclənəcəyi təqdirdə, Rusiya strukturları bu ölkəyə birbaşa müdaxilələr tətbiq etsin.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info