“Azərbaycanda çoxlu dostlarım var”
Tarix: 04.07.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Alexandros Toulis: “Azərbaycan “Bakı-2015”-i təcrübəli bir idman ölkəsi kimi təşkil etdi”
- Azərbaycanla əlaqələriniz nə vaxtdan yaranıb?
-Azərbaycan haqqında çoxdan maraqlanırdım. Ürəyimdən keçirdi ki, sizin ölkəni gəlib görüm. Ötən ilin yay aylarında xarici saytlarda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının Sülh Forumu ilə bağlı məlumatı gordüm. Tədbir marağımı çəkdi. Sonra bu Forumda iştirak etmək üçün sorğu göndərdim. Çox sağ olsun ki, AGAT rəhbərliyi bu istəyimi qəbul etdi və mən bu tədbirə dəvət olundum. Ötən ilin sentyabr ayında keçirilən Sülh Forumunda iştirak etdim və Azərbaycanı daha da yaxından tanıdım. Hətta biz Füzuli rayonuna getdik. Orada biz qaçqın və məcburi köçkünlərlə görüşdük. Bizə Dağlıq Qarabağ müahirbəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqqında məlumat verildi. Xalqınızın başına gətirilən soyqırımılardan danışıldı. Ermənilər tərəfindən azərbaycanlıların faciəvi şəkildə öldürülməsinə çox üzüldüm.
- Bəs, necə oldu ki, ilk Avropa Oyunlarına könüllü kimi qoşuldunuz?
- Ötən il Azərbaycanda Sülh Forumunda iştirak edərkən bu Oyunlarla da bağlı mənə məlumat verildi. Mənim də könüllü fəaliyyətinə böyük marağım var. Bu maraqdan doğaraq “Bakı-2015”də könüllü kimi işritak etməyə qərar verdim. Elə həmin zaman “Bakı-2015”-də könüllü kimi işritak etmək üçün müraciət etdim. Bu ilin aprel ayında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri mənimlə “Skype”la danışıb sorğu-sual etdilər. Sonra mənə “Bakı-2015”-də könüllü kimi fəaliyyətimə icazə verilməsi xəbərini verdilər.
- “Bakı-2015”-də könüllü kimi hansı işi icra edirdiniz?
- Bakıda may aynın 30-dan iyunun 30-na kimi oldum. İlk Avropa Oyunlarında Milli Olimpiya Komitəsinin assistenti kimi çalışırdım. Yəni Yunanıstan nümayəndə heyətinə yardımçı olurdum. Yunan idmançılarına nə lazım olurdusa mən onların istəyini yerinə yetirirdim.
- Yarışların təşkilatçılığından razı qaldınızmı?
- Əlbəttə, çox maraqlı və möhtəşəm yarışlar keçdi. Azərbaycan tərəfdən bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülmüşdü. Mən bütün idman zallarında oldum. Oyunların təşkilatçılığı yüksək səviyyədə idi. İdmançılarda da əhvali-ruhiyyə yüksək idi. Baxmayaraq ki, “Bakı-2015” ilk dəfə idi ki, keçirilirdi. Amma Azərbaycan bu Oyunları təcürbəli bir idman ölkəsi olaraq təşkil etdi. Avropa idman tarixində bu Oyunlar çox böyük iz buraxdı. İnanmıram ki, hansısa ölkə Azərbaycan kimi belə möhtəşəm yarışlar keçirə bilə.
- Azərbaycanla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Azərbaycandan çox müsbət təəssüratlarla qayıtdım. Bakıda ikinci dəfə idi ki, olurdum. Ötən illə müqayisədə Bakı daha da dəyişib, inkişaf edib. Fikrimcə, Bakıda müasirliklə qədimliyin vəhdəti var. Müasir binaları, parkları ilə bir başqa Bakınız var. Amma İçərişəhər tamam başqa bir Bakıdır.
- Yəqin ki, Azərbaycanda özünüzə dostlar da tapıbsız.
-Bəli, mənim Azərbaycanda çoxlu AGAT-çı dostlarım var. Elə Azərbaycanı bu dostların sayəsində sevmişəm. Qeyd edim ki, “Bakı-2015”də könüllü kimi iştirakım həm azərbaycanlı doslarımın sayını, həm də bu ölkəyə olan sevgimi daha da artırdı.
- Bəs, sizin erməni dostlarınız da varmı?
-Mənim beynəlxalq könüllülük fəaliyyəti statusum var. Özüm yunan olsam da, hazırda Portuqaliyada könüllü kimi çalışıram. Bir çox ölkədən, o cümlədən Ermənistandan olan dostlarım var. Qeyd edim ki, mənim Dağlıq Qarabağ problemi haqqında məlumatım var deyə, erməni gəncləri ilə bəzən bu haqda söhbətlərim olur. Mən onlara deyirəm ki, Azərbaycan müharibə tərəfdarı deyil, bu məsələnin sülh yolu ilə həllinə çalışır. Maraqlıdır ki, müasir Ermənistan gəncliyi də müharibə istəmir. Erməni gəncləri də bu problemin sülh yolu ilə həll olunmasını istəyirlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”
13.09.2019
“Təqdim etdiyimiz yeni məhsul mövcud könüllü həyat sığortası məhsullarından çox fərqlidir”
13.09.2019
“Gürcü dilini bilən azərbaycanlı gəncin vəzifə tutması üçün heç bir maneə yoxdur”
12.09.2019
“Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info