Şahin Mustafayev: “Son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb”
Tarix: 04.07.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev növbəti iclaslarını keçirmək üçün Bakıda səfərdə olan Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində SSBK-nin səmərəli fəaliyyət göstərdiyi qeyd edilib,
Beynəlxalq Konqresin Azərbaycan sənayeçiləri və sahibkarları ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, dünyada etibarlı tərəfdaş olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,2 dəfə, xarici ticarət dövriyyəsi 4,3 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 8 dəfə azalaraq 5%-ə, işsizliyin səviyyəsi 4,9%-ə enib. 1995-2014-cü illərdə ölkə iqtisadiyyatına 200 mlrd. ABŞ dolları investisiya qoyulub ki, bunun da 52%-ni daxili investisiyalar təşkil edir.
İqtisadiyyatın artımı 2015-ci ildə də davam edir. Belə ki, bu ilin yanvar-may aylarında 5,3%-lik iqtisadi artıma nail olunub, qeyri-neft sənayesində artım 12% təşkil etmişdir. Hazırda ÜDM-in strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 66%-dir.
Sahibkarlığın inkişafının prioritet əhəmiyyət daşıdığını qeyd edən nazir Şahin Mustafayev bu sahədə təkmil qanunvericilik bazasının yaradıldığını, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin və s. yaradılması davam etdirilir. Görülən işlərin nəticəsi olaraq ötən il sahibkarlıq subyektlərinin sayı 614 mini keçib, özəl sektorun ÜDM-də payı 81,9% təşkil edib. Sahibkarlığın inkişafının sürətləndirilməsinə daha geniş imkanların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının əsas istiqamətlərindəndir.
Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2014-cü il “Sənaye ili” elan olunmuş, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əldə edilən uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci və artıq 6 ildir ki, MDB ölkələri arasında liderdir. Əsas kredit reytinq agentlikləri - "Fitch Ratings", "Standart & Poor`s" və "Moody`s" Azərbaycanın suveren reytinqini investisiya reytinqi səviyyəsində saxlayıblar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsinin, onların birlikləri arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb. Görüş iştirakçıları ilə Azərbaycan sahibkarları arasında əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info