Ölkəmizdən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artıracaq sənəd imzalanıb
Tarix: 04.07.2015 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Moskva şəhərində Azərbaycan və Rusiya gömrük xidmətləri arasında bir sıra sənədlər imzalanıb. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, sənədlərin imzalanması Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri zamanı baş tutub.
Sənədlərin imzalanmasından öncə Azərbaycan nümayəndə heyətinin Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşündə iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Sonra Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər - “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol” və “Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsinin və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin gömrük idarələrinin və postlarının rəisləri səviyyəsində işçi görüşlərin keçirilməsinin mütəmadiliyi Qrafiki” imzalanıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”un imzalanması Azərbaycandan Rusiyaya ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradacaq.
Protokol layihəsində müəyyən növ malların buraxılış məntəqələrindən keçirilməsi zamanı gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulub ki, bu da ölkəmizin bəzi kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır
18.09.2019
İslahatlar 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info