Beş regionda Koreya filmlərinin nümayişi planlaşdırılır
Tarix: 04.07.2015 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək ölkəmizin 5 regionunda Azərbaycanda Koreya kinosu festivalının keçirilməsi planlaşdırılır.
SEBA Assosiasiyasından bildirilib ki, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq. İyulun 6-da Gəncə şəhərində reallaşacaq festivalın rəsmi açılış mərasimində rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış "Əbədi an" ("Forever The Moment") filmi göstəriləcək. Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hwan tərəfindən 2011-ci ildə lentə alınmış "Ana" ("Mama") filminin nümayişi ilə yekun vurulacaq. Azərbaycanda Koreya kinosu festivalının tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuzdur.




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info