Alim Qasımov ilk Avropa Oyunlarına həsr olunmuş filmə çəkilir
Tarix: 04.07.2015 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının maraqlı məqamları müxtəlif ölkə kinematoqrafçılarının filmlərində böyük ekranlara gətiriləcək. Oyunlardakı səmimi mühit, xoş əhval-ruhiyyə ilə yanaşı, ev sahibi olan ölkəmizin zəngin mədəni irsi də kinematoqrafçıların diqqətini cəlb edir.
Mədəniyyət və Turizm Nazirliyinin "Dublyaj" studiyasında dövlət sifarişi ilə çəkilən "Bakı-Avropa Oyunları 2015" tammetrajlı sənədli filmində yer alan rollardan birini də Azərbaycanın xalq artisti Alim Qasımov canlandıracaq. Filmin ssenari müəllifi Sergey Şaçin, rejissoru Natalya Zavoznenko ölkəmizin ev sahibliyi etdiyi bu idman bayramını ilk gündən diqqətlə müşahidə ediblər. Yaradıcı heyətin məqsədi Azərbaycanın dünyaya bəxş etdiyi möhtəşəm idman hadisəsi çərçivəsində milli adət-ənənələr, mədəni dəyərlərin sintezini ekrana gətirməkdir. Rejissor Natalya Zavoznenko deyib: "Burada əsas məqamlardan biri yarışlarda hökm sürən xeyirxah mühitdir. İnsanlar yarışır, eyni zamanda ünsiyyət qurur, yeni tanışlıqlar əldə edirlər. Bakı Yer kürəsində on minlərlə insanı görüşdürən nöqtəyə çevrilib. Bir-birini tanımayan insanlar burda görüşür, dostlaşır". İdman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifi olan rejissor daha çox idmançıların qarşılaşdığı psixoloji məqamları kameranın yaddaşına köçürməyə üstünlük verir. İdmanın gözəllik, təntənə, insanları birləşdirən mühüm amil olduğunu söyləyən rejissor deyib: məsələn, qalib məğlub etdiyi rəqibini çiyninə alaraq, ona yardım əlini uzadır. Çox təsirli kadrdır. İlk Avropa Oyunlarında belə humanist məqamlar kifayət qədərdir. Filmdə Azərbaycanın qədim, milli idman ənənələri, o cümlədən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına düşən çövkən oyunu barədə məlumatlar əksini tapacaq. Çəkilişlər Bakı, İçərişəhər, əsas idman arenaları ilə yanaşı, Şəkidə də aparılır. Ekran işinin Rusiya ilə yanaşı, bir sıra Avropa ölkələrində nümayişi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Nəsimiyə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri məlum olub
23.09.2019
Azərbaycan “Xalqların adət-ənənələri və mətbəxi” adlı festivalda təmsil olunub
23.09.2019
Xaricdə yaşayan iki azərbaycanlı yazıçının uğuru
23.09.2019
Akademik Musiqili Teatrın aktyorları Gəncədə çıxış edəcəklər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info