Metyu Barrouz: “Asiya Amerika və Avropadan daha güclü olacaq”
Tarix: 06.07.2015 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


“Asiya ölkələrinin yüksəlişi regionun gücünü bərpa edəcək və Qərb dominantlığına yox deməyə gətirib çıxaracaq”

Son on ildə dünya ciddi dəyişikliklərə uğrayıb. Bank sisteminin böhranı, “ərəb baharı” kimi hadisələrin baş verəcəyi çətin ki kiminsə ağlına gələrdi. “Aif.ru”qarşıdakı on ildə dünyanın necə dəyişəcəyi ilə bağlı amerikan analitikinin proqnozlarını açıqlayıb.
Amerikan analitik Metyu Barrouz nə vaxtsa Mərkəzi Kəşfiyyat İdarəsində işləyib, 2012-ci ildə isə ABŞ hökuməti üçün dünyanın “Qlobal tendensiyalar” adı altında uzunmüddətli proqnozunu tərtib edib.
2014-cü ildə Barrouz özünün “Gələcək: məlum oldu” adlı kitabının genişləndirilmiş versiyasında dünyanı 2030-cu ilə qədər nələr gözlədiyi haqda yazıb.
Onun tərəfindən qeyd edilir ki, növbəti 20 ildə planet əhalisinin yarısı - 8,3 milyard insandan 4 milyardı rifahlı orta sinfi təşkil edəcək. Bununla bərabər, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında orta sinfin nümayəndələri arasındakı fərq azalacaq. Məsələn, əgər Asiyada orta sinfin xərcləri 9 faiz artacaqsa, Şimali Amerikada və Avropada bu artım cəmisi 0,6 faiz olacaq.
Amma adambaşına gəlirin səviyyəsinə görə orta sinfin böyük hissəsini aşağı orta sinif təşkil edəcək. Asiya ölkələrində bu gəlir 15 min dollar, Qərb ölkələrində isə 64 min dollar təşkil edəcək. Böhran olmaması şəraitində isə yoxsulluq səviyyəsi də azalmış olacaq.
Yaxın Şərqdə, Şərqi və Cənubi Asiyada yoxsulların sayı iki dəfə azalmış olacaq. Bununla yanaşı, Afrika qitəsində 300 milyon yoxsul qalmaqda davam edəcək. Əgər böhran yenə də davam edərsə, onlar aclıq çəkəcəklər.

Dünya liderlərinin dəyişməsi

Asiya Şimali Amerikanı və Avropanı dünya gücü olmanın dörd göstəricisinə əsasən keçmiş olacaq: əhalinin sayı, Ümum Daxili Məhsul, texnologiyaya qoyulan investisiyalar və silahlanmaya çəkilən xərclər. Asiya ölkələrinin yüksəlişi regionun gücünü bərpa edəcək və Qərb dominantlığına yox deməyə gətirib çıxaracaq.
Regionun artımı Çin və Hindistanın sayəsində mümkün olacaq.

“Əhalinin sayı, Ümum Daxili Məhsul, texnologiyaya qoyulan investisiyalar və silahlanmaya çəkilən xərclərdə Asiya üstün olacaq”


Çin dünyanın birinci iqtisaidyyatını təşkil edəcək, Hindistan isə indiki Çin göstəricilərinə nail olacaq.
Yuxarıda qeyd edilən göstəricilərə görə, Cənubi Afrika Respublikası, İndoneziya, Türkiyə, Braziliya, Kolumbiya və Meksika vahid bir qrup kimi Avropa Birliyinin 28 ölkəsini ötüb keçəcəklər. Onlar özlüyündə birinci rol oynamayacaqlar, çünki Çin və Hindistana ölçü və çəkidə uduzurlar, amma onlar dünyanın “üçüncü ölkələri” olmayacaqlar.
Avropada Böyük Britaniya iqtisadi lider kimi Almaniyanı əvəz edəcək. Səbəb isə Britaniyada daha yaxşı demoqrafik situasiyanın olması kimi göstərilir.

Bəşəriyyətin qocalması

Qeyd edilir ki,inkişaf etmiş ölkələrdə orta yaş 37,9-dan 42,8-ə qalxacaq. Artıq Almaniyanın əhalisi 45 yaşa addımlayıb. Avropanın qalan ölkələrində və Cənubi Koreyada insanların əsas hissəsini 65 yaşdan yuxarı əhali təşkil edir.

“Regionun artımı Çin və Hindistanın sayəsində mümkün olacaq. Çin dünyanın birinci iqtisaidyyatını təşkil edəcək, Hindistan isə indiki Çin göstəricilərinə nail olacaq”

Orta yaşı 25 yaşdan çox olmayan əhaliyə malik ölkələrin sayı 80-dən 50-yə enəcək. Bunlar ən çox Yaxın Şərq və Mərkəzi Amerikada toplaşacaqlar. Cənubi Asiyada bu baxımdan Əfqanıstan, Amerika qitəsində isə Qvatemala, Boliviya və Haiti qalacaq.
Dünya əhalisinin qocalması ilə bağlı olaraq ikitərəfli situasiya yaranacaq. Bir tərəfdən, silahlı mülki münaqişələrin 80 faizi 25 yaşdan yuxarı olmayan əhaliyə malik ölkələrdə baş verəcək. Demək, konfliktlər azalacaq. Digər tərəfdən, isə əməkqabiliyyətli insanların sayı azalmış olacaq.

Ərzaq məhsulları və su çatışmazığı
Əhalinin artımına görə ərzaq məhsullarına da tələbat 35 faiz artacaq. Suya tələbat 6900 milyard m3-a çatacaq. Bu isə indiki tələbatdan 40 faiz çoxdur. Kənd təsərrüfatına isə 3100 milyard m3 yerinə, 4500 milyard m3 su lazım olacaq.
Əhalinin yarısı beynəlxalq əhəmiyyətli çayların hövzələrinə yaxın yerlərdə yaşayır. Amma yetərincə su resursları olan yerlərdə belə, su təchizatı üçün infrastruktur yoxdur. Nəticədə əhalinin yarısı su qıtlığından əziyyət çəkməli olacaq.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info